Məhkəmə qərarları › İş №3(065)-33/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-33/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-33/2025 25.06.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs – “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi X4, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs –Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 iştirakları ilə 06 aprel 1979-ci ildə Cəilabad rayonu Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 6 ev 40, mənzil 4-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 14 mart 2025-ci ildə “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə məxsus olmaqla Xankəndi şəhəri ərazisində yerləşən və içərisindəki əşyalarla birlikdə subicarə əsasında X3 istifadəsində olan fərdi yaşayış evindən ümumi dəyəri 45 (qırx beş) manat olan qab-qacağı oğurlamaqla “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 2024-cü ilin əvvəlindən 13 may 2025-ci il ilədək Xankəndi şəhər ərazisində yerləşən “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məxsus və X7 tərəfindən icarəyə götürülmüş evdə nəzarətçi kimi işləmişdir, həmin müddət ərzində evdə olan 45 (qırx beş) manat dəyərində boşqabları götürmüşdür. Əməlindən peşmandır. Qeyd olunan əşyaların dəyəri zərərçəkmiş hüquqi şəxsə qaytarıldığından və onlarla barışıq əldə etdiyidən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs – “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi X8 qeyd etmişdir ki, Şəxs oğurladığı boşqabların dəyəri, sonuncu tərəfindən ödənilmişdir. Buna görə də, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 bildirmişdir ki, Cəfərov X6 Şəhəri ərazisində yerləşən “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məxsus və X7 tərəfindən icarəyə götürülmüş evdə 45 (qırx beş) manat olan boşqabları gizli yolla talamışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 15 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” MN ******* nömrəli protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin X9 İstintaq bölməsində toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Əşyanın təqdim olunması barədə” 08 aprel 2025-ci il tarixli protokoldan görünür ki, mütəxəssisə təqdim edilmiş qab-qacaqların orta bazar qiymətinin ümumi dəyəri 45 (qırx beş) manat olduğu müəyyən edilmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs oğlu 14 mart 2025-ci ildə Xankəndi Şəhəri ərazisində yerləşən “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məxsus və X7 tərəfindən subicarəyə götürülmüş evdə 45 (qırx beş) manat olan boşqabları oğurlaması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 15 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” MN ******* nömrəli protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Zərərçəkmiş hüquqi şəxs –“Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi X4 məhkəmədə verdiyi izahatın məzmunundan görünür ki, Şəxs publik hüquqi şəxsə dəymiş maddi ziyanı ödəmiş, buna görə də, onunla barışmışlar. - Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs 25 iyun 2025-ci il tarixli ərizəsindən, habelə məhkəmədə verdiyi izahatının məzmunundan görünür ki, o, əməlini etiraf edir, dəymiş ziyanı ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar