Məhkəmə qərarları › İş №3(065)-34/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-34/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-34/2025 31.07.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Səlimli Həcər Fəqan qızının katibliyi, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan şəxsin nümayəndəsi – Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 7 saylı regional bölmənin baş məsləhətçisi X4 iştirakı ilə Şəxsn (bundan sonra – Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 447.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-yə məxsus “Rahat” əmtəə nişanı ilə Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazası tərəfindən X1 hüququ pozulmuş, yəni **********712 kodlu “TWİX TWİN AZ” 50 qramlıq məhsulun qiyməti piştaxtada 1 (bir) manat 20 (iyirmi) qəpik qeyd olunmasına baxmayaraq, həmin məhsulun 1 (bir) ədədi istehlakçıya kassada 1 (bir) manat 53 (əlli üç) qəpiyə satılmış, nəticədə 2 (iki) ədəd qeyd olunan məhsulun ümumi hesabına münasibətdə, Cavad Məmmədov az miqdarda – 66 (altmış altı) qəpik aldanılmışdır. Buna görə də, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə 08 iyul 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 7 saylı regional bölmənin nümayəndəsi X7 izahatında göstərmişdir ki, istehlakçı Cavad Məmmədov 23 iyun 2025-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi” nə müraciət edərək, həmin tarixdə Şəxs MMC-yə məxsus “Rahat” əmtəə nişanı ilə Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazası tərəfindən hüquqlarının pozulmasını bildirmişdir. Həmin müraciət əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazası tərəfindən 23 iyun 2025-ci ildə saat 11.26-da “TWİX TWİN AZ” adlı məhsulun piştaxtada qiymətinin 1 (bir) manat 20 (iyirmi) qəpik olmasına baxmayaraq, kassada 1 (bir) manat 53 (əlli üç) qəpik qiymətinə Cavad Məmmədova satılmışdır. Buna görə də, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə 08 iyul 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Şəxs MMC-nin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 08 iyul 2025-ci il tarixli MN MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda təsvir olunmuş əməli törətməsi, həmçinin inzibati xətalar haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi”nə xx.xx.2025-ci ildə saat 14.22-də etdiyi ********** nömrəli müraciətin məzmunundan görünür ki, Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazası tərəfindən həmin tarixdə saat 11.26-da “TWİX TWİN AZ” adlı məhsulun piştaxtada qiymətinin 1 (bir) manat 20 (iyirmi) qəpik olmasına baxmayaraq, kassada 1 (bir) manat 53 (əlli üç) qəpik qiymətinə ona satılmışdır. - X2 tərəfindən təqdim olunmuş 1 (bir) ədəd fotoda “TWİX TWİN AZ” 50 qramlıq məhsulun olduğu piştaxta və onun yanında Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazası tərəfindən xx.xx.2025-ci ildə saat 11.26-da verilmiş 186651 nömrəli çeki əks olunub. Həmin fotodan görünür ki, “TWİX TWİN AZ” 50 qramlıq məhsulun olduğu piştaxtada **********712 kodlu həmin məhsulun qiyməti 1,20 manat qeyd olunub, lakin qeyd olunan kodlu məhsul kassada istehlakçıya 1 (bir) ədədi 1,53 manata satılıb. Ümumilikdə istehlakçıya **********712 kodlu “TWİX TWİN AZ” 50 qramlıq məhsuldan 2 (iki) ədəd satılıb. - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunmuş İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə 08 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus “Rahat” əmtəə nişanı ilə Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazası tərəfindən X1 hüququ pozulmuş, yəni **********712 kodlu “TWİX TWİN AZ” 50 qramlıq məhsulun qiyməti piştaxtada 1 (bir) manat 20 (iyirmi) qəpik qeyd olunmasına baxmayaraq, həmin məhsulun 1 (bir) ədədi istehlakçıya kassada 1 (bir) manat 53 (əlli üç) qəpiyə satılmış, nəticədə 2 (iki) ədəd qeyd olunan məhsulun ümumi hesabına münasibətdə, Cavad Məmmədov az miqdarda – 66 (altmış altı) qəpik aldanılmışdır. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Bununla da, 08 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs MMC tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 447.0.1ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1 və 21-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar