Məhkəmə qərarları › İş №3(065)-36/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-36/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-36/2025 28.07.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Səlimli Həcər Fəqan qızının katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X3 iştirakları ilə xx xxxxxx 1973-cü ildə Sabirabad rayonu Rüstəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Arsenal MMC”-də fəhlə işləyən, Sabirabad rayonu Rüstəmli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Xankəndi şəhərində törətdiyi yanğın hadisəsi ilə bağlı Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq bölməsində aparılan araşdırma ilə bağlı 28 iyul 2025-cü ildə saat 09.50də şöbənin Cinayət-axtarış bölməsinin əməkdaşı Ceyhun Əliyev tərəfindən polis şöbəsinə dəvət olunarkən, sonuncunun qanuni tələbinə qəsdən tabe olmamış və qaçmağa cəhd göstərmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 28 iyul 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddə üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, bir neçə gün əvvəl işlədiyi yerdə yemək bişirərkən ehtiyyatsızlığından həmin ərazidə yanğın baş vermiş və nəticədə xeyli ərazi yanmışdır. Bununla əlaqədar olaraq Xankəndi Şəhər Polis Şöbəsində araşdırma başlamışdır. Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşı Ceyhun Əliyev 28 iyul 2025-cü ildə saat 09.50-də həmin araşdırma ilə əlaqədar olaraq onu polis şöbəsinə dəvət etsə də, qorxmuş və qaçmağa başlamışdır. Əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs, Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X4 izahatında göstərmişdir ki, Şəxs Xankəndi şəhərində törətdiyi yanğın hadisəsi ilə bağlı Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq bölməsində aparılan araşdırma ilə bağlı 28 iyul 2025-cü ildə saat 09.50-də şöbənin Cinayət-axtarış bölməsinin əməkdaşı Ceyhun Əliyev tərəfindən polis şöbəsinə dəvət olunarkən, sonuncunun qanuni tələbinə qəsdən tabe olmamış və qaçmağa cəhd göstərmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 28 iyul 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 28 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis Şöbəsinin cinayət axtarış bölməsinin polis mayoru Ceyhun Əliyev tərəfindən tərtib olunmuş 28 iyul 2025-ci il tarixli raportdan görünür ki, 28 iyul 2025-ci ildə saat 09.50-də Xankəndi şəhər ərazisində Şəxs xidmətdə olan polis əməkdaşı, Xankəndi şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin polis mayoru Ceyhun Əliyevin qanuni tələbinə tabe olmayaraq ona müqavimət göstərmiş və hadisə yerindən qaçmağa cəhd etmişdir. - Şəxs barəsində tərtib olunmuş 28 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, Xankəndi şəhərində törətdiyi yanğın hadisəsi ilə bağlı Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq bölməsində aparılan araşdırma ilə bağlı 28 iyul 2025-cü ildə saat 09.50-də şöbənin Cinayət-axtarış bölməsinin əməkdaşı Ceyhun Əliyev tərəfindən polis şöbəsinə dəvət olunarkən, sonuncunun qanuni tələbinə qəsdən tabe olmamış və qaçmağa cəhd göstərmişdir. - İnzibati qaydada tutma haqqında 28 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10.00-da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi; - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Bununla da 28 iyul 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 10 (on) gün müddətə inzibati həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı 28 iyul 2025-ci il saat 10.00-dan hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar