Məhkəmə qərarları › İş №3(065)-40/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-40/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-40/2025 20.08.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis X2 bölməsinin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxx 1990-cı ildə Ağdaş rayonu Orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdaş rayonu Abad kəndində qeydiyyatda olan və yaşayan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 20 avqust 2025-ci il tarixində saat 01 radələrində Xankəndi şəhəri ərazisində müvəqqəti yaşadığı mənzildə uca səslə ictimai qaydanı pozarkən əraziyə gələn Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşlarının onu intizama dəvət etməsi ilə bağlı qanuni tələbinə tabe olmamış, əksinə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 19 avqust 2025-ci ildə iş yoldaşı X6 ilə birlikdə Xankəndi şəhəri ərazisində yerləşən kafelərdən birində yemək yeyən zaman bir qədər spirtli içki qəbul etmişdir. Daha sonra onlar evə gəlmiş və iş yoldaşı ilə aralarında şəxsi zəmnində mübahisə yaranmışdır. Yaranan səs-küyə görə qonşuların şikayəti əsasında Xankəndi şəhər polis əməkdaşları hadisə yerinə gəlib, onu intizama dəvət etsələrdə, polis əməkdaşlarının tələbinə tabe olmamış, əksinə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X3 izahatında göstərmişdir ki, Şəxs 20 avqust 2025-ci il tarixində saat 01 radələrində Xankəndi şəhəri ərazisində müvəqqəti yaşadağı mənzildə səs-küy salaraq ictimai qaydanı pozmuş, əraziyə gəlmiş polis əməkdaşlarının qanuni göstərişinə tabe olmamış və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 20 avqust 2025-ci il il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis X2 bölməsinin polis nəfəri Məcid Cəfərov tərəfindən tərtib olunmuş 20 avqust 2025-ci il tarixli raportdan görünür ki, Şəxs 20 avqust 2025-ci il tarixində saat 01 radələrində Xankəndi şəhəri ərazisində müvəqqəti yaşadağı mənzildə səs-küy salaraq ictimai qaydanı pozmuş, əraziyə gəlmiş polis əməkdaşları onu intizama dəvət etsədə, Şəxs buna mane olmaqla polisin qanuni göstərişinə tabe olmamışdır. - Şəxs izahatının məzmunundan görünür ki, o, məhkəmədə verdiyi izahata uyğun məzmunlu izahat verməklə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığını etiraf etmişdir. - “İnzibati qaydada tutma haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01.55-də inzibati qaydada tutulmuşdur. - Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 20 avqust 2025-cü ildə saat 02.39-da aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyasının 0.782 promilli olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 20 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Məmmədov X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məhsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. “Elektron məhkəmə portalı”ndan 20 avqust 2025-ci ildə əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində 2 nəfər azyaşlı – xx.xx.2014-cü il təvəllüdlü Səhhət, xx.xx.2017-ci il təvəllüdlü Nihan adlı uşaq var. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və himayəsində 2 (iki) nəfər azyaşlı uşağının olmasını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.2-ci maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən hallar hesab edir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən “ İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz”. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini, habelə onun inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Məmmədov X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar