Məhkəmə qərarları › İş №3(065)-41/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-41/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-41/2025 25.08.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1983-cü ildə Tərtər rayonu Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti işə məşğul olan, Tərtər rayonu Hüsənli kəndində qeydiyyatda olan və yaşayan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 22 avqust 2025-ci il tarixində saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində “Hərbi şəhərcik” adlanan ərazidə uca səslərlə ictimai qaydanı pozarkən əraziyə gələn Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşlarının onu intizama dəvət etməsi, habelə barəsində olan şikayətlə bağlı araşdırma aparılması üçün X9 gətirilmə ilə bağlı qanuni tələblərinə tabe olmamış, əksinə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 22 avqust 2025-ci ildə ailə zəminində mübahisə zamanı həyat yoldaşı X4 ilə danışmaq üçün onun yaşadığı mənzilə gəlmiş, binanın qarşısında polis əməkdaları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət ediblər. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olub, onlarla polis şöbəsinə gedib. Buna görədə barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X2 izahatında göstərmişdir ki, Şəxs 22 avqust 2025-ci il tarixində saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində “Hərbi şəhərcik” adlanan ərazidə uca səslərlə ictimai qaydanı pozarkən əraziyə gələn Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşlarının onu intizama dəvət etməsi, habelə barəsində olan şikayətlə bağlı araşdırma aparılması üçün X9 gətirilmə ilə bağlı qanuni tələblərinə tabe olmamış, əksinə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 23 avqust 2025-ci il tarixdə saat 00 radələrində Xankəndi şəhəri ərazisində xidmətdə olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102 zəng mərkəzi»ndən Vüqar adlı şəxsin Xankəndi şəhərində “Hərbi şəhərcik” adlanan ərazidə sərxoş vəziyyətdə uca səslərlə nalayiq ifadələr işlətməsi və dava-dalaş salması barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat-istintaq qrupu ilə birlikdə qeyd olunan ünvana gəldikdə barəsində şikayət daxil olan Şəxs qeyd olunan məzmunlu hərəkətlərini davam etdirdiyini görmüşlər. Şəxs intizama dəvət etsələrdə, sonuncu onların qanuni tələbinə tabe olmamış, hətta barəsində olan şikayətin araşdırılması ilə bağlı polis şöbəsinə getməkdən belə imtina etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 digər şahid X3 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 25 avqust 2025-ci il il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis X11 Xidməti bölməsinin polis nəfəri X7 tərəfindən tərtib olunmuş 23 avqust 2025-ci il tarixli raportdan görünür ki, Şəxs 23 avqust 2025-ci il tarixində saat 00 radələrində Xankəndi şəhəri ərazisində səs-küy salaraq ictimai qaydanı pozmuş, əraziyə gəlmiş polis əməkdaşları onu intizama dəvət etsə də, Şəxs buna mane olmaqla polisin qanuni göstərişinə tabe olmamışdır. - “İnzibati qaydada tutma haqqında” 23 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11.00-də inzibati qaydada tutulmuşdur. - Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 23 avqust 2025-cü ildə saat 10.44-də aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyasının 0.458 promilli olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 25 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Mirzəyev X6 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məhsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi ağırlaşdıran halı və tənbehi ayüngülləşdirən halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini, habelə onun inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 gün inzibati həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Mirzəyev X6 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı 23 avqust 2025-ci il saat 11.00-dan hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar