Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-43/2025 01.09.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib edən şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru X1 iştirakı ilə iştirakı ilə xx xxxx 2002-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayonu Cəmilli kəndində qeydiyyatda olan, faktiki olaraq Xankəndi şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 511.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mexaniki nəqliyyat vasitəsinin sürücüsü olan Şəxs, digər mexaniki nəqliyyat vasitəsinin sürücüsü X3 ilə birlikdə 29 avqust 2025-ci ildə 24 radələrində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkət, yəni aşkar surətdə müvafiq olaraq istifadələrində olan “VAZ-21154” markalı 99XD195 qeydiyyat nişanlı və “VAZ-21154” markalı 20DH355 qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə Xankəndi şəhərinin əsas avtomobil yolunda sürət yarışı həyata keçirməklə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, X3 tanışıdır. Orxan Hümbətzadə 29 avqust 2025-ci ildə axşam saatlarında avtomolini idarə edərkən, öz avtomobilində videosunu çəkməyini xahiş etmişdir. Bu məqsədlə Orxan Hümbətzadənin qardaşı onun idarə etdiyi “VAZ-21154” markalı 99XD195 qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləmişdir. Bu məqsədlə Xankəndi şəhərinin əsas girişinə tərəf hərəkət edərək oradan sürətlə şəhərə tərəf istiqamətlənmişdir. Avtomobillər hərəktdə olan zaman yüksək sürət həddi ilə bir-birilərini keçməyə çalışmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Yol-patrul xidməti bölüyünün rəisi X4 ifadəsində göstərmişdir ki, 29 avqust 2025-ci ildə saat 24 radələrində Xankəndi şəhərinin 4-cü blok postuna tərəf piyada hərəkət edən zaman iki ədəd “VAZ-21154” markalı avtomobillərin sürətlə yolda yarışdıqlarını görmüş və dərhal bu barədə polis şöbəsinə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hər iki avtomobil Xankəndi şəhərinin girişində olan heykəlin qarşısında yan-yana dayınmış və anidən şəhər istiqamətində sürətlənmişlər. Onların avtomobil yolunda bu cür hərəkət etmələri digər hərəkət iştirakçılarına ciddi maneə yaratmış, hətta bir neçə avtomobil kənara çıxararaq hərəkətini dayandırmışdır. Sonradan polis əməkdaşları təhlükəsiz şəhər kamerası vasitəsi ilə hər iki avtomobilin marka və modelini müəyyən etmişlər. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 30 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Təqdim olunmuş video görüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü olan Şəxs, digər mexaniki nəqliyyat vasitəsinin sürücüsü X3 ilə birlikdə 29 avqust 2025-ci ildə 24 radələrində müvafiq olaraq istifadələrində olan “VAZ-21154” markalı 99XD195qeydiyyat nişanlı və “VAZ-21154” markalı 20DH355 qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə Xankəndi şəhərinin əsas avtomobil yolunda sürət yarışı həyata keçirirlər. - Şəxs 30 avqust 2025-ci il tarixli izahatının məzmunundan görünür ki, o, qeyd olunan əməlini etiraf etmişdir. - Şəxs barəsində tərtib olunmuş 30 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, digər mexaniki nəqliyyat vasitəsinin sürücüsü X3 ilə birlikdə 29 avqust 2025-ci ildə 24 radələrində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkət, yəni aşkar surətdə müvafiq olaraq istifadələrində olan “VAZ-21154” markalı 99XD195 qeydiyyat nişanlı və “VAZ-21154” markalı 20DH355 qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə Xankəndi şəhərinin əsas avtomobil yolunda sürət yarışı həyata keçirməklə avtoxuliqanlıq etmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Beləliklə 30 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 511.1.1ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Baxışlı X2 Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığının olmasını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Baxışlı X2 Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev