Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-46/2025 09.09.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X6 iştirakları ilə xx xxx 2002-ci ildə Laçın rayonu Alxaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Laçın rayonu Alxaslı kəndində kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 09 sentyabr 2025-ci ildə saat 02 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində yerləşən “Gəncə təndiri”nin qarşısında oranın işçiləri ilə mübahisə edərkən, ora yaxınlaşan Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşlarını görən kimi qaçmış və bununla da, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 sentyabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddə üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, iş axtarmaq məqsədilə 08 sentyabr 2025-ci ildə xalası oğlu X1 şəhərinə gəlmişlər. Həmin gün axşam saatlarında Rəşad Bəşirovla birlikdə yemək yeyərkən bir qədər spirtli içiki qəbul etmişdir. 09 sentyabr 2025-ci ildə saat 02 radələrində evə gedərkən yolda əvvəllər arasında ədavət olmuş 2-3 nəfər şəxsi “Gəncə təndiri”nin qarşısında görmüş və dərhal həmin istiqamətə gedərək onlarla mübahisə etməyə başlamışdır. Bu zaman ərazidə xidmət aparan Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşlarını görən kimi qaçmağa başlamışdır. Belə ki, əvvəllər Xankəndi şəhərində olan zaman bir neçə mağazaya və iaşə obyektlərinə daxil olaraq özünü vergi işçisi kimi təqdim etməklə pul almış və bu barədə barəsində polis şöbəsində araşdırma aparılan zaman ona ciddi xəbərdarlıq edilmişdir. Polis əməkdaşlarının onun barəsində tədbir görəcəklərində ehtiyatlandığı üçün =, onların çağırışına məhəl qoymadan qaçmış və sərxoş olduğundan ayağı səndəlləyərək yerə yıxılmışdır. Bu zaman sifət nahiyəsindən xəsarət almışdır. Polis əməkdaşları onu avtomobilə mindirərək polis şöbəsinə gətirən zaman, X5 onun xəsarət almasından narahat olduğundan, polis maşınına minmək istəmişdir. Lakin polis əməkdaşları buna icazə verməsələrdə, sonuncu polisin çağırışına məhəl qoymayaraq maşına minməkdə israrlı olmuşdur. Belə olan halda polis əməkdaşları ilə Rəşad Bəşirov arasında mübahisə yaranmışdır. Əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X7 izahatında göstərmişdir ki, 09 sentyabr 2025ci ildə Xankəndi şəhəri ərazisində iş yoldaşı X9 ilə xidmətdə olmuşlar. Həmin gün saat 02 radələrində bir neçə nəfər şəxsin “Gəncə təndiri”nin qarşısında mübahisə etdiklərini görüb dərhal onlara yıxınlaşmışlar. Bu zaman mübahisənin fəal iştirakçısı Şəxs onları gönən kimi qaçmış və çağrışlarına məhəl qoymamışdır. Şəxs bir qədər qaçdıqdan sonra yıxılmış və sifəti zədələnmişdir. Onu xidməti avtomobilə mindirib polis şöbəsinə gətirmək istəyərkən, sonuncunun xalası oğlu Rəşad Bəşirov da avtomobilə minmək istəmişdir. Onun avtomobilə əyləşməsinə razılıq verməsələr də, sonuncu onları təhqir etməklə buna cəhd etmişdir. X8 da hərəkətlərinə hüquqi qiymət verilməsi üçün onu da, polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X9 digər polis əməkdaşı X3 izahatında uyğun məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, iş axtarmaq məqsədilə 08 sentyabr 2025-ci ildə xalası oğlu Şəxs ilə Xankəndi şəhərinə gəlmişlər. Həmin gün axşam saatlarında Şəxslə birlikdə yemək yeyərkən bir qədər spirtli içiki qəbul etmişlər. 09 sentyabr 2025-ci ildə saat 02 radələrində evə gedərkən Şəxs yolda əvvəllər arasında ədavət olmuş 2-3 nəfər şəxsi “Gəncə təndiri”nin qarşısında görmüş və dərhal həmin istiqamətə gedərək onlarla mübahisə etməyə başlamışdır. Bu zaman ərazidə xidmət aparan Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşlarını onlara yaxınlaşmışdır. Şəxs polis əməkdaşlarını görən zaman qaçmış və sərxoş olduğu üçün yerə yıxılaraq sifət nahiyəsindən ciddi xəsarətlər almışdır. Polis əməkdaşları Şəxs polis avtomobilinə mindirib, polis şöbəsinə aparan zaman, sonuncu xəsarət aldığı üçün özü də, avtomobilə minmək istəmişdir. Lakin polis əməkdaşları buna imkan verməmişdir. Buna baxmayaraq polis əməkdaşlarının tələbinə qarşı çıxaraq onlarla mübahisə etmiş və maşına minməyə cəhd göstərmişdir. Poilslərlə mübahisə etdiyi üçün onuda polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs, Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X10 izahatında göstərmişdir ki, Şəxs 09 sentyabr 2025-ci ildə saat 02 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində yerləşən “Gəncə təndiri”nin qarşısında oranın işçiləri ilə mübahisə edərkən, ora yaxınlaşan Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşlarını görən kimi qaçmış və bununla da, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 sentyabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 09 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis Şöbəsinin məsul növbətçisi polis leytenantı Emin Salahov tərəfindən tərtib olunmuş 09 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, Şəxs və X5 09 sentyabr 2025-ci il tarixində saat 02 radələrində, sərxoş olaraq özlərini idarə edə bilməyib mübahisə etdiklərinə görə əraziyə gəlmiş polis əməkdaşları onları intizama dəvət etsədə, Şəxs və X5 buna mane olmaqla polisin qanuni göstərişinə tabe olmamışdırlar. - Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 09 sentyabr 2025-cü ildə saat 01.44-də aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyasının 0.867 promilli olmuşdur. - “İnzibati qaydada tutma haqqında” 09 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 08.00-da inzibati qaydada tutulmuşdur İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi; - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Bununla da 09 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Quluyev X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Quluyev X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 10 (on) gün müddətə inzibati həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quluyev X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı 09 sentyabr 2025-ci il saat 08.00-dan hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №3(065)-46/2025
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-46/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver