Məhkəmə qərarları › İş №3(065)-47/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-47/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-47/2025 09.09.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 iştirakları ilə xx xxxx 2002-ci ildə Laçın rayonu Oğuldərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonu Oğuldərə kəndində qeydiyyatda olan, faktiki olaraq Oğuz rayonu Meşəçilik qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 09 sentyabr 2025-ci ildə saat 02 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində yerləşən “Gəncə təndiri”nin qarşısında xalası oğlu X5 digər şəxslərlə mübahisə edən zaman Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə aparılarkən, polis əməkdaşlarının bu tələbinə qarşı çıxmış və onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 sentyabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, iş axtarmaq məqsədilə 08 sentyabr 2025-ci ildə xalası oğlu X5 ilə Xankəndi şəhərinə gəlmişlər. Həmin gün axşam saatlarında Nahid Quluyevlə birlikdə yemək yeyərkən bir qədər spirtli içiki qəbul etmişlər. 09 sentyabr 2025-ci ildə saat 02 radələrində evə gedərkən Nahid Quluyev yolda əvvəllər arasında ədavət olmuş 2-3 nəfər şəxsi “Gəncə təndiri”nin qarşısında görmüş və dərhal həmin istiqamətə gedərək onlarla mübahisə etməyə başlamışdır. Bu zaman ərazidə xidmət aparan Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşmışdır. Nahid Quluyev polis əməkdaşlarını görən zaman qaçmış və sərxoş olduğu üçün yerə yıxılaraq sifət nahiyəsindən ciddi xəsarətlər almışdır. Polis əməkdaşları Nahid Quluyevi polis avtomobilinə mindirib, polis şöbəsinə aparan zaman, sonuncu xəsarət aldığı üçün özü də, avtomobilə minmək istəmişdir. Lakin polis əməkdaşları buna imkan verməmişdir. Buna baxmayaraq polis əməkdaşlarının tələbinə qarşı çıxaraq onlarla mübahisə etmiş və maşına minməyə cəhd göstərmişdir. Poilslərlə mübahisə etdiyi üçün onuda polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X2 izahatında göstərmişdir ki, Şəxs 09 sentyabr 2025-ci ildə saat 02 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində yerləşən “Gəncə təndiri”nin qarşısında xalası oğlu X5 digər şəxslərlə mübahisə edən zaman Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə aparılarkən, polis əməkdaşlarının bu tələbinə qarşı çıxmış və onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 sentyabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 09 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis X7 Xidməti bölməsinin polis nəfəri Elnur Zərgərov tərəfindən tərtib olunmuş 09 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, Şəxs 09 sentyabr 2025-ci il tarixində saat 00 radələrində Xankəndi şəhəri ərazisində səs-küy salaraq ictimai qaydanı pozmuş, polis əməkdaşları onu intizama dəvət etsədə, Şəxs buna mane olmaqla polisin qanuni göstərişinə tabe olmamışdır. - Şəxs 09 sentyabr 2025-ci il tarixli izahatının məzmunundan görünür ki, o, məhkəmədə verdiyi izahata uyğun məzmunlu izahat verməklə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığını etiraf etmişdir. - Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 09 sentyabr 2025-cü ildə saat 01.50-də aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyasının 0.694 promilli olmuşdur. - “İnzibati qaydada tutma haqqında” 09 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 08.00-da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 09 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Bəşirov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məhsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.2-ci maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən “ İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz”. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini, habelə onun inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Bəşirov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar