Məhkəmə qərarları › İş №3(065)-50/2025

Xankəndi Şəhər Məhkəməsi Qərardad — İş №3(065)-50/2025

13.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xankəndi Şəhəri İş № 3(065)-50/2025 13.09.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X1 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 13 sentyabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin inzibati xəta haqqında işi məhkəmədə baxılmağa hazırlayarkən inzibati xətalar haqqında protokola un natamam tərtib edildiyi müəyyən olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokola iş üzrə şahid(lər)in izahatları əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı “..., protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması” barədə qərardad qəbul edilir. Məhkəmə qanunun qeyd olunan müddəasının tələbini və inzibati xəta haqqında protokol tərtib edilərkən yol verilmiş müvafiq natamamlağı və həmin natamamlığın işə baxılarkən tamamlamaq mümkün olmadığını nəzərə alaraq hesab edir ki, 13 sentyabr 2025-ci ildə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər Xankəndi Şəhər Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 13 sentyabr 2025-ci ildə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər Xankəndi Şəhər Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar