Məhkəmə qərarları › İş №3(065)-54/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-54/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-54/2025 23.09.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X2 iştirakları ilə xx xxxxxx 1990-cı ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 43-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 20 sentyabr 2025-ci ildə Xankəndi şəhərində yaşayış binalarının birində qanunsuz olaraq tetrahidrokannabinola aid – narkotik vasitə olan marixuana istehlak etmiş və 22 sentyabr 2025-ci ildə sidiyinin birmomentli immunoxrmotoqrafiyası test-xətt üsulu ilə müayinəsi aparılan zaman həmin maddə sidiyində aşkar edilmişdir. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 23 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, Xankəndi şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə usta işləyir və şirkət tərəfindən verilmiş mənzildə yaşayır. 20 sentyabr 2025-ci ildə axşam saatlarında yaşadığ mənzildə olan zaman polis əməkdaşları «arama-tarama» tədbiri ilə əlaqədar olaraq yaşadıqları mənzilə razılıqları ilə baxış keçirmişlər. Baxış zamanı mənzildən narkotik vasitə – qurudulmuş marixuana və bıçaq tapılmışdır. Hadisədən bir neçə gün qabaq qurudulmuş marixuana qəbul etmişdir.. Tibbi müayinədən keçərkən siyidində tetrahidrokannabinola aid – narkotik vasitə olan marixuana aşkar edilmişdir. Əməlindən peşmandır. Odur ki, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsi sahə rəisi X3 bildirmişdir ki, Şəxs 20 sentyabr 2025-ci ildə səhər vaxtı Xankəndi şəhərində yaşayış binalarının birində qanunsuz olaraq tetrahidrokannabinola aid – narkotik vasitə olan marixuana istehlak etmiş və 22 sentyabr 2025-ci ildə sidiyinin birmomentli immunoxrmotoqrafiyası test-xətt üsulu ilə müayinəsi aparılan zaman həmin maddə sidiyində aşkar edilmişdir. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 23 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs təhqiqat orqanı tərəfindən şübhədən azad olunduqdan, dərhal sonra tərəfindən inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 23 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Şəxs 23 sentyabr 2025-ci il tarixli izahatının məzmunundan görünür ki, o, narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz istehlak etməsi faktını etiraf etmişdir. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 22 sentyabr 2025-ci il tarixli 3922/2025 nömrəli aktın nəticə hissəsində qeyd olunur ki, Şəxs bədənində THC marixuana aşkar edilib. - Şəxs barəsində tərtib olunmuş 23 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, 20 sentyabr 2025-ci ildə səhər vaxtı Xankəndi şəhərində yaşayış binalarının birində qanunsuz olaraq tetrahidrokannabinola aid – narkotik vasitə olan marixuana istehlak etmiş və 22 sentyabr 2025-ci ildə sidiyinin birmomentli immunoxrmotoqrafiyası test-xətt üsulu ilə müayinəsi aparılan zaman həmin maddə sidiyində aşkar edilmişdir. - «Şübhəli şəxsin tutulması haqqında» 20 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16.50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. - “İnzibati qaydada tutma haqqında” 22 sentyabr 2025-ci il tarixli BB 854 nömrəli protokolda qeyd olunur ki, Şəxs həmin tarixdə saat 20.30-da şübhəli şəxs qismində tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər . Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 23 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Qədirov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 gün müddətə inzibati həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Qədirov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı 20 sentyabr 2025-ci il saat 16.50-dan hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar