Məhkəmə qərarları › İş №3(065)-60/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-60/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-60/2025 06.11.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxsn müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil, Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X11 iştirakları ilə Şəxsn (bundan sonra – Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin işəgötürəni həmin Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər – X6, X23, X10 və X14 və X19 12 iyul 2025-ci ildən 01 avqust 2025-ci ilədək santexnik ustası, X12 və X20 24 iyun 2025-ci ildən 17 iyul 2025-ci ilədək fəhlə, X24 24 iyun 2025-ci ildən 10 sentyabr 2025-ci ilədək fəhlə, X4 24 iyun 2025-ci ildən 08 avqust 2025-ci ilədək fəhlə kimi həmin Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmiş buna görə də, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 17 oktyabr 2025-ci ildə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin müdafiəçisi Vəkil bildirmişdir ki, ümumiyyətlə X6, X23, X10, X14, X12, X27, X30, X7 və X28 Şəxs MMC-nin faktiki işçiləri olmayıbdır. Onlar işlə bağlı müraciət etdikləri üçün bir neçə gün iş prosesinə baxmaq üçün istehsalat yerlərinə müşahidəçi kimi dəvət olunmuşlar. İş rejimi və ya əmək haqqı ilə bağlı razılaşan şəxslərlə əmək müqaviləsi bağlanmış və onlar yalnız bundan sonra istehsalata buraxılmışlar. Buna görə də, Şəxs MMC-nin barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X21 izahatında göstərmişdir ki, ümumiyyətlə X6, X23, X10, X14, X12, X27, X30, X7 və X28 Şəxs MMC-nin faktiki işçiləri olmayıbdır. Onlar işlə bağlı müraciət etdikləri üçün bir neçə gün iş prosesinə baxmaq üçün istehsalat yerlərinə müşahidəçi kimi dəvət olunmuşlar. İş rejimi və ya əmək haqqı ilə bağlı razılaşan şəxslərlə əmək müqaviləsi bağlanmış və onlar yalnız bundan sonra istehsalata buraxılmışlar. Buna görə də, Şəxs MMC olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 izahatında göstərmişdir ki, Şəxs MMC-də usta işləyir. Şəxs MMC-də hər hansı bir şəxs əmək müqaviləsi olmadan işə cəlb edilməyibdir. Xankəndi şəhər prokurorluğunda bununla bağlı aparılan araşdırma zamanı izahatını oxumadan imza etmişdir. Məhkəmə iclasında Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X25 izahatında göstərmişdir ki, əmək müqaviləsi olmadan fiziki şəxslər – X6, X23, X10 və X14 və X19 12 iyul 2025-ci ildən 01 avqust 2025-ci ilədək santexnik ustası, X12 və X20 24 iyun 2025-ci ildən 17 iyul 2025-ci ilədək fəhlə, X24 24 iyun 2025-ci ildən 10 sentyabr 2025-ci ilədək fəhlə, X4 24 iyun 2025-ci ildən 08 avqust 2025-ci ilədək fəhlə kimi həmin Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 17 oktyabr 2025-ci il tarixli qərarda təsvir olunmuş əməli törətməsi, həmçinin inzibati xətalar haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Baxış keçirilməsi haqqında” 13 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, X6, X10, X14, X23, X12, X27, X30, X1 əmək müqaviləsi məlumatlarına “X3 Sistemi” vasitəsi ilə baxış keçirilmiş, X2 əmək müqaviləsi məlumatlarına baxış zamanı X6 ilə işəgötürən Şəxs MMC arasında, o cümlədən hər hansı işəgötürən ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025 tarixədək olan müddət üzrə əmək müqaviləsinin bağlanması barədə məlumat aşkar edilməmiş, X6 ilə Şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin bağlanması və statusunun “qüvvədə olmaması” barədə məlumatlar aşkar edilmişdir. Bundan əlavə X5 əmək müqaviləsi məlumatlarına baxış zamanı X10 ilə işəgötürən Şəxs MMC arasında, o cümlədən hər hansı işəgötürən ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025 tarixədək olan müddət üzrə əmək müqaviləsinin bağlanması barədə məlumat aşkar edilməmiş, X10 ilə Şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin bağlanması və statusunun “qüvvədə olmaması” barədə məlumatlar aşkar edilmişdir. Bundan əlavə X9 əmək müqaviləsi məlumatlarına baxış zamanı X14 ilə işəgötürən Şəxs MMC arasında, o cümlədən hər hansı işəgötürən ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025 tarixədək olan müddət üzrə əmək müqaviləsinin bağlanması barədə məlumat aşkar edilməmiş, X14 ilə Şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin bağlanması və statusunun “qüvvədə olmaması” barədə məlumatlar aşkar edilmişdir. Bundan əlavə X13 əmək müqaviləsi məlumatlarına baxış zamanı X23 ilə işəgötürən Şəxs MMC arasında, o cümlədən hər hansı işəgötürən ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025 tarixədək olan müddət üzrə əmək müqaviləsinin bağlanması barədə məlumat aşkar edilməmiş, X23 ilə Şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin bağlanması və statusunun “qüvvədədir olması” barədə məlumatlar aşkar edilmişdir. Bundan əlavə X8 əmək müqaviləsi məlumatlarına baxış zamanı X12 ilə işəgötürən Şəxs MMC arasında, o cümlədən hər hansı işəgötürən ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025 tarixədək olan müddət üzrə əmək müqaviləsinin bağlanması barədə məlumat aşkar edilməmiş, X12 ilə Şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin bağlanması və statusunun “qüvvədə olması” barədə məlumatlar aşkar edilmişdir. Bundan əlavə X15 əmək müqaviləsi məlumatlarına baxış zamanı X27 ilə işəgötürən Şəxs MMC arasında, o cümlədən hər hansı işəgötürən ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025 tarixədək olan müddət üzrə əmək müqaviləsinin bağlanması barədə məlumat aşkar edilməmiş, X27 ilə Şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin bağlanması və statusunun “qüvvədə olması” barədə məlumatlar aşkar edilmişdir. Bundan əlavə X22 əmək müqaviləsi məlumatlarına baxış zamanı X30 ilə işəgötürən Şəxs MMC arasında, o cümlədən hər hansı işəgötürən ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025 tarixədək olan müddət üzrə əmək müqaviləsinin bağlanması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə X1 əmək müqaviləsi məlumatlarına baxış zamanı X7 ilə işəgötürən Şəxs MMC arasında, o cümlədən hər hansı işəgötürən ilə xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi bağlanması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə X16 əmək müqaviləsi məlumatlarına baxış zamanı X28 ilə işəgötürən Şəxs MMC arasında, o cümlədən hər hansı işəgötürən ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025 tarixədək olan müddət üzrə əmək müqaviləsinin bağlanması barədə məlumat aşkar edilməmiş, X28 ilə Şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin bağlanması və işəgötürən şəxsin adı X21 olması barədə məlumatlar vardır. - X6, X23, X10, X14, X12, X27, X30, X7 və X16 Xankəndi şəhər prokurorluğuna verdiyi izahatların məzmunundan görünür ki, onlar “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 17 oktyabr 2025-ci il tarixli qərarda qeyd olunan dövrlərdə müvafiq vəzifələrdə əmək müqaviləsi bağlanmadan işləmişlər. - X16 22 sentyabr 2025-ci il tarixli izahatının məmunundan görünür ki, əmək müqaviləsi bağlanmadan X6, X23, X10 və X14 və X19 12 iyul 2025-ci ildən 01 avqust 2025-ci ilədək santexnik ustası, X12 və X20 24 iyun 2025-ci ildən 17 iyul 2025-ci ilədək fəhlə, X24 24 iyun 2025-ci ildən 10 sentyabr 2025-ci ilədək fəhlə, X4 24 iyun 2025-ci ildən 08 avqust 2025-ci ilədək fəhlə kimi Şəxs MMC-də işləmişlər. Şahin Əliyev izahatının sonunda əlyazma qaydasında aşağıdakı qeydi icra etmişdir: “İzahatımı oxudum, öz sözlərimlə düzgün yazılmışdır. Əlavəm yoxdur. Doğruluğunu imzamla təsdiq edirəm”. - «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» 17 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin işəgötürəni həmin Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər – X6, X23, X10 və X14 və X19 12 iyul 2025-ci ildən 01 avqust 2025-ci ilədək santexnik ustası, X12 və X20 24 iyun 2025-ci ildən 17 iyul 2025-ci ilədək fəhlə, X24 24 iyun 2025-ci ildən 10 sentyabr 2025-ci ilədək fəhlə, X4 24 iyun 2025-ci ildən 08 avqust 2025-ci ilədək fəhlə kimi həmin Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Məhkəmə Şahin Əliyevin məhkəmə baxışı zamanı şahid qismində verdiyi izahata münasibətdə qeyd edir ki, onun qeyd olunan məzmunu iş materialları ilə uzlaşmır, əksinə X6, X23, X10, X14, X12, X27, X30, X7 və X16 Xankəndi şəhər prokurorluğuna verdiyi izahatlarla tam təkzib olunur. Buna görə də, məhkəmə işin qanuni, əsaslı və ədalətli həlli üçün həmin şəxsin prokurorluqda aparılan araşdırma dövründə verdiyi izahatla məhkəmə baxışında verdiyi izahat arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun prokurorluqda verdiyi qeyd olunan izahatı inzibati xəta haqqında iş üzrə mötəbər sübut hesab edir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə törədilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən “Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir”. Qanunun qeyd olunan normalarının işığında işin faktiki hallarını təhlil edilərkən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər – X6, X23, X10 və X14 və X19 12 iyul 2025-ci ildən 01 avqust 2025-ci ilədək santexnik ustası, X12 və X20 24 iyun 2025-ci ildən 17 iyul 2025-ci ilədək fəhlə, X24 24 iyun 2025-ci ildən 10 sentyabr 2025-ci ilədək fəhlə, X4 24 iyun 2025-ci ildən 08 avqust 2025-ci ilədək fəhlə kimi həmin Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Odur ki, işin müəyyən olunmuş hüquqi əhəmiyyət kəsb edən faktiki halları İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozitiv əlamətləri ilə tamamilə uzlaşır. Bununla da “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 17 oktyabr 2025-ci il tarixli qərarda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs MMC tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1 və 21-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20000 (iyirmi min) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar