Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-61/2025 06.11.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxsn müdafiəçisi – «Mirzəyev və Partnyorları» vəkil bürosunun vəkili Vəkil, Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X4 iştirakları ilə Şəxsn (bundan sonra – Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin işəgötürəni həmin Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X8 25 iyun 2025-ci ildən 29 iyun 2025-ci ilədək təndirçi və X6 2025-ci ilin iyun ayının sonlarından 19 iyul 2025-ci ilədək fəhlə kimi həmin Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmiş buna görə də, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 16 oktyabr 2025-ci ildə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin müdafiəçisi Vəkil bildirmişdir ki, Şəxs MMC 05 sentyabr 2024-cü ildə dövlət qeydiyyatında alınmaqla təsis edilmişdir. Cəmiyyətlə X5 arasında bağlanmış 02 noyabr 2024-cü il tarixli əmək müqaviləsinə əsasən sonuncu Xankəndi şəhərində fəaliyyət göstərən çörək sexində xəmir bölən işinə götürülmüş və hazırda da orada işləyir. Buna baxmayaraq “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 oktyabr 2025-ci il tarixli qərarında əsassız olaraq Sevinc Məmmədovanın 2024-cü ilin avqust ayından 21 iyul 2025-ci ilədək orada əmək müqaviləsi bağlanmadan işləməsi qeyd olunur. Bununla yanaşı X13 ilə Cəmiyyət arasında bağlanmış 19 iyul 2025-ci il tarixli əmək müqaviləsinə əsasən, o, qeyd olunan çörək sexində çörək yığan işləyir. Asif Salayev 19 iyul 2025-ci ildən əvvəl Cəmiyyətə məxsus çörək sexində işləməyib. X14 2025-ci ilin iyun ayının sonlarında işi öyrənmək üçün bir neçə gün çörək sexinə gəlsə də, orada bilavasitə işlə məşğul olmayıbdır. Həsən Həsənovun niyyəti Cəmiyyətə böhtan atmaqla pul ələ keçirmək olmuşdur. Buna görə də, Şəxs MMC-nin barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, 2025ci ilin mart ayının 26-dan Şəxs MMC-yə məxsus Xankəndi şəhərində yerləşən çörək zavodunda anbardar işləyir. Həsən Həsənov 2025-ci ilin iyun ayının sonlarında işlə bağlı çörək sexinə müraciət etmiş və bir neçə günü işi öyrənmək üçün ora gəlib getmişdir. X20 işə götürülməmişdir. X13 ilə Cəmiyyət arasında bağlanmış 19 iyul 2025-ci tarixli əmək müqaviləsinə əsasən, o, qeyd olunan çörək sexində çörək yığan işləyir. Asif Salayev 19 iyul 2025-ci ildən əvvəl Cəmiyyətə məxsus çörək sexində işləməyib. Xankədi şəhərində bununla bağlı aparılan araşdırma zamanı izahatını oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, Şəxs MMC ilə arasında 19 iyul 2025-ci ildə bağlanmış əmək müqaviləsi əsasında orada çörək yığan işinə götürülmüşdür. Həmin gündən əvvəl orada işləməmişdir. Xankədi şəhərində bununla bağlı aparılan araşdırma zamanı izahatını oxumadan imza etmişdir. Məhkəmə iclasında Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X11 izahatında göstərmişdir ki, əmək müqaviləsi olmadan X14 25 iyun 2025-ci ildən 29 iyun 2025-ci ilədək təndirçi və X6 2025-ci ilin iyun ayının sonlarından 19 iyul 2025-ci ilədək fəhlə kimi həmin Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X5 ilə bağlı isə araşdırma zamanı yanlışlığa yol verilmiş və buna görə də, onunla bağlı hissəsinin ittihamdan çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 oktyabr 2025-ci il tarixli qərarda təsvir olunmuş əməli törətməsi, həmçinin inzibati xətalar haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Baxış keçirilməsi haqqında” 25 iyul 2025-ci il tarixli protokoldan görünür ki, X8 25 iyun 2025-ci ildən 29 iyun 2025-ci ilədək olan dövr üçün X6 2025-ci ilin iyun ayının sonlarından 19 iyul 2025-ci ilədək olan dövr üçün hər hansı işəgötürən ilə əmək müqaviləsinin olması aşkar edilməmişdir. - X7 14 iyul 2025-ci il tarixli izahatının məzmunundan görünür ki, o, 25 iyun 2025ci ildən 29 iyun 2025-ci ilədək Şəxs MMC-yə məxsus Xankəndi şəhərində yerləşən çörək sexində faktiki olaraq təndirçi işləmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Buna baxmayaraq ona , hər günü nağd formada 40 manat pulu verilmişdir. - X6 19 iyul 2025-ci il tarixli izahatının məmunundan görünür ki, 2025-ci ilin iyun ayının sonlarından o, Şəxs MMC-yə məxsus Xankəndi şəhərində yerləşən çörək sexində fəhlə işləyir və onunla əmək müqaviləsi bağlanmayıbdır. Buna baxmayaraq ona hər gün 25 manat pul nağd formada ödənilir. Asif Salayevin izahatının sonunda əlyazma qaydasında aşağıdakı qeydi icra etmişdir: “İzahatım mənə oxundu, düzdür, təsdiq edirəm”. - Şəxs MMC ilə X13 arasında bağlanmış 19 iyul 2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, o, qeyd olunan çörək sexində çörək yığan işləyir. - X3 16 iyul 2025-ci il tarixli izahatının məmunundan görünür ki, X14 2025-ci ilin iyun ayının sonlarında təxminən 4 gün çörək sexində xəmirin hazınlanmasına nəzarət etmiş və çörəkləri sobaya yerləşdirmişdir. Hər gün Həsən Həsənova 40 manat pul vermişdir. X13 ilə isə artıq bir aydın çörək sexində fəhlə işləyir. Varis Şabanzadə izahatının sonunda əlyazma qaydasında aşağıdakı qeydi icra etmişdir: “İzahatımı oxudum, öz sözlərimlə düzgün yazılmışdır. Əlavəm yoxdur. Doğruluğunu imzamla təsdiq edirəm”. - «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin işəgötürəni həmin Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X8 25 iyun 2025-ci ildən 29 iyun 2025-ci ilədək təndirçi və X6 2025-ci ilin iyun ayının sonlarından 19 iyul 2025-ci ilədək fəhlə kimi həmin Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsi bağlanmadan X8 25 iyun 2025-ci ildən 29 iyun 2025-ci ilədək təndirçi və X6 2025-ci ilin iyun ayının sonlarından 19 iyul 2025-ci ilədək fəhlə kimi Şəxs MMC-yə məxsus Xankəndi şəhərində yerləşən çörək sexində işləmişdir. Məhkəmənin bu qənaəti X7 14 iyul 2025-ci il tarixli, X3 16 iyul 2025-ci il tarixli X6 19 iyul 2025-ci il tarixli izahatlarına əsaslanır. Varis Şabanzadə və Asif Salayev məhkəmə baxışı zamanı şahid qismində fərqli izahatlar versələrdə, həmin izahatlar işin faktiki halları ilə uzlaşmır. X12 14 iyul 2025-ci ildə prokurorluğa izahat verərkən Şəxs MMC-yə məxsus Xankəndi şəhərində yerləşən çörək sexində işləyənlərdən yalnız X13 (daha çox “Seyid” olaraq çağırılır) tanıdığını qeyd etmiş və onun adını çəkmişdir. X1 14 iyul 2025-ci il tarixli prokurorluğa izahat verərkən X14 və X6 çörək sexində işləməsini təsdiq etmişdir. X2 19 iyul 2025-ci il tarixli izahatında onunla əmək müqavilə bağlanmadığını qəti olaraq qeyd etsə də, onunla əmək müqaviləsi yalnız həmin gün, yəqin ki, izahat verdikdən sonra bağlanmışdır. Məhkəmə bu halları nəzərə alaraq hesab edir ki, Varis Şabanzadə və Asif Salayevin məhkəmə baxışı zamanı şahid qismində verdikləri izahatlar yalan olmaqla, Şəxs MMC-nin inzibati məsuliyyətdən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə işin qanuni, əsaslı və ədalətli həlli üçün həmin şəxslərin prokurorluqda aparılan araşdırma dövründə verdikləri izahatlarla məhkəmə baxışında verdikləri izahatlar arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların prokurorluqda verdiyi qeyd olunan izahatlarını inzibati xəta haqqında iş üzrə mötəbər sübut hesab edir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə törədilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən “Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir”. Qanunun qeyd olunan normalarının işığında işin faktiki hallarını təhlil edilərkən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X8 25 iyun 2025-ci ildən 29 iyun 2025-ci ilədək təndirçi və X6 2025-ci ilin iyun ayının sonlarından 19 iyul 2025-ci ilədək fəhlə kimi həmin Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Odur ki, işin müəyyən olunmuş hüquqi əhəmiyyət kəsb edən faktiki halları İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozitiv əlamətləri ilə tamamilə uzlaşır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 05 mart 2015ci il tarixli qərarında qeyd olunur ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 oktyabr 2025-ci il tarixli qərarda Şəxs MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülmüş ittiham epizodlarından biri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X5 2024-cü ilin avqust ayından 21 iyul 2025-ci ilədək Şəxs MMC-də işləyib. Halbuki məhəkəmə baxışı zamanı Şəxs MMC 05 sentyabr 2024-cü ildə dövlət qeydiyyatında alınmaqla təsis edilmiş, Cəmiyyətlə X5 arasında bağlanmış 02 noyabr 2024-cü il tarixli əmək müqaviləsinə əsasən sonuncu Xankəndi şəhərində fəaliyyət göstərən çörək sexində xəmir bölən işinə götürülmüş və hazırda da orada işləyir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında iş üzrə epizodun ittihamdan çıxarılmasını tənzim edən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Məhkəmə qanunun qeyd olunan normasına əsasən hesab edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X5 2024-cü ilin avqust ayından 21 iyul 2025-ci ilədək Şəxs MMC-də işləməsi ilə bağlı bənd ittihamdan xaric edilməlidir. Bununla da “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 oktyabr 2025-ci il tarixli qərarda X21 və X10 aid hissədə təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs MMC tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1 və 21-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20000 (iyirmi min) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev