Məhkəmə qərarları › İş №3(065)-66/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-66/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-66/2025 02.12.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru işləyən, Xankəndi şəhərində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs “İnzibati tənbeh vermə haqqında” 20 yanvar 2025-ci il tarixli li qərara əsasən həmin tarixdə törədilmiş inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə olunmasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə barəsində həmin Məcəllənin 529.3-cü maddəsi ilə 16 noyabr 2025-ci ildə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, “İnzibati tənbeh vermə haqqında” 20 yanvar 2025-ci il tarixli qərara əsasən həmin tarixdə törədilmiş inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə olunmasına baxmayaraq, maddi imkanı olmaması səbəbindən cəriməni hazırki vaxtadək ödəməmişdir. Əməlindən peşmandır. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərkən vəzifəli şəxsin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:

1. “İnzibati tənbeh vermə haqqında” 20 yanvar 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs həmin tarixdə Bərdə - Tətrər yolunda törədiyi inzibati xətaya görə barəsində tərtib olunmuş 20 yanvar 2025-ci il tarixli EQ25637613 nömrəli inzibati xəta haqqında protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə olunmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin veb portalından 16 noyabr 2025-ci ildə edilmiş çıxarışın məzmunundan görünür ki, Şəxs barəsində olan “İnzibati tənbeh vermə haqqında” 20 yanvar 2025-ci il tarixli qərarı icra etməmişdir.

3. “İnzibati xəta haqqında” 16 noyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “İnzibati tənbeh vermə haqqında” 20 yanvar 2025-ci il tarixli qərara əsasən həmin tarixdə törədilmiş inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə olunmasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, Şəxs “İnzibati tənbeh vermə haqqında” 20 yanvar 2025-ci il tarixli qərara əsasən həmin tarixdə törədilmiş inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə olunmasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və buna görə də, onun əməli əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, Quliyev X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Quliyev X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması tənbehi tətbiq edilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar