Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-67/2025 04.12.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Şəxsn (bundan sonra – Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC **********6295 sorğu nömrəli 17 sentyabr 2025-ci il tarixli gömrük bəyannaməsi əsasında 11 sentyabr 2025-ci ildə Türkiyə Respublikasından 34DFB097/34FCZ862 nömrəli nəqliyyat vasitəsi ilə idxal etdiyi pambıq ipliyindən tiftikli dəsmallıq parça yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim etməmiş, buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 07 noyabr 2025-ci ildə EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasınının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Şəxs MMC-nin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 07 noyabr 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi, həmçinin inzibati xətalar haqqında protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - X3 İdarəsi rəisinin 29 oktyabr 2025-ci il tarixli məlumatından məktubundan görünür ki, Şəxs MMC **********6295 sorğu nömrəli 17 sentyabr 2025-ci il tarixli gömrük bəyannaməsi əsasında 11 sentyabr 2025-ci ildə Türkiyə Respublikasından 34DFB097/34FCZ862 nömrəli nəqliyyat vasitəsi ilə idxal etdiyi **********05451 və **********05453 nömrəli barkodlarla daxil olan etilen polimerlərindən poşet və pambıq ipliyindən tiftikli dəsmallıq parça yüklərinə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim etməmişdir. - Xankəndi Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli qərarına əsasən Şəxs MMC **********6295 sorğu nömrəli 17 sentyabr 2025-ci il tarixli gömrük bəyannaməsi əsasında 11 sentyabr 2025-ci ildə Türkiyə Respublikasından 34DFB097/34FCZ862 nömrəli nəqliyyat vasitəsi ilə idxal etdiyi **********05451 nömrəli barkodla daxil olan etilen polimerlərindən poşet yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilmişdir. - **********6295 sorğu nömrəli 17 sentyabr 2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC 11 sentyabr 2025-ci ildə 34DFB097/34FCZ862 nömrəli nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından pambıq ipliyindən tiftikli dəsmallıq parça idxal etmişdir. - X3 İdarəsinə ünvanlanmış 12 sentyabr 2025-ci il tarixli raportun məzmunundan görünür ki, Şəxs MMC 11 sentyabr 2025-ci ildə **********6295 sorğu nömrəli 17 sentyabr 2025-ci il tarixli gömrük bəyannaməsi əsasında Türkiyə Respublikasından 34DFB097/34FCZ862 nömrəli nəqliyyat vasitəsi ilə idxal etdiyi pambıq ipliyindən tiftikli dəsmallıq parça yükünə dair qısa idxal bəyannaməsi təqdim etməmişdir. - Şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş 07 noyabr 2025-ci il tarixli izahatda görünür ki, Şəxs MMC 11 sentyabr 2025-ci ildə Türkiyə Respublikasından 34DFB097/34FCZ862 nömrəli nəqliyyat vasitəsi ilə idxal etdiyi pambıq ipliyindən tiftikli dəsmallıq parça yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim etmədiklərini etiraf etmiş və bununla bağlı Cəmiyyət barəsində tənbeh tətbiq olunmasına razı olduğunu bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə törədilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir”. Qanunun qeyd olunan normalarının işığında işin faktiki halları təhlil edilərkən müəyyən olunur ki, Şəxs MMC 11 sentyabr 2025-ci ildə Türkiyə Respublikasından 34DFB097/34FCZ862 nömrəli nəqliyyat vasitəsi ilə idxal etdiyi pambıq ipliyindən tiftikli dəsmallıq parça yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da 07 noyabr 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs MMC tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1 və 21-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 1500 (min beş yüz) məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev