Məhkəmə qərarları › İş №3(065)-71/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-71/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-71/2025 01.12.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – X2 iştirakları ilə xx xxxxx 1968-ci ildə Ermənistan SSR-nin Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu Şəki kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında – dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,48 qram, 0,48 qram və 0,50 qram olmaqla ümumi təmiz çəkisi 1,90 qram olan narkotik vasitə qurudulmuş – marixuananı qanunsuz olaraq əldə edib, üzərində daşımaqla Xankəndi şəhərində yaşadığı mənzildə saxlamış, 24 oktyabr 2025-ci ildə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı mənzilə keçirilən baxış zamanı müvafiq maddə aşkar edilərək götürülmüş və buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 01 dekabr 2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, Xankəndi şəhərinə işi ilə əlaqədar gəlmişdir. Xankəndi şəhərində “Gəncə təndiri” restoranının yaxınlığında yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki ünvansız mənzildə qalır. 23 oktyabr 2025-ci il tarixdə Xankəndi şəhərində boş, ünvansız evləri gəzərkən şkafların birinin sürməsindən qurudulmuş marixuanaya bənzər kütlə tapmışdır. Əvvəllər narkotik vasitə istifadə etdiyi üçün onu tanımış, həmin kütləni yerdən götürüb və yaşadığı mənzilə gətirərək 24 oktyabr 2025-ci ildə istehlak etmişdir. 24 oktyabr 2025-ci ildə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı mənzilə razılığı əsasında keçirilən baxış zamanı müvafiq maddə aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında – dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,48 qram, 0,48 qram və 0,50 qram olmaqla ümumi təmiz çəkisi 1,90 qram olan narkotik vasitə qurudulmuş – marixuananı qanunsuz olaraq əldə edib, üzərində daşımaqla Xankəndi şəhərində yaşadığı mənzildə saxlamış, 24 oktyabr 2025-ci ildə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı mənzilə keçirilən baxış zamanı müvafiq maddə aşkar edilərək götürülmüş və buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 01 dekabr 2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 01 dekabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Sənan Qədirli tərəfindən tərtib olunmuş 27 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, Şəxs müvəqqəti yaşadığı mənzildən narkotik vasitə aşkar edilərək götürülmüşdür. - Şəxs izahatının məzmunundan görünür ki, o, narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıması və üzərində saxlaması faktını etiraf etmişdir. - Materialların məhkəmə ekspertizası ilə bağlı tərtib olunmuş 25 oktyabr 2025-ci il tarixli 16/869 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki “Təqdiqata təqdim olunmuş üzərində “25 oktyabr 2025-ci il tarixdə vət. Şəxs mənzilindən aşkar edilmiş 04 ədəd narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0.44 qram, 0.48 qram, 0.48 qram, 050 qram ümumi çəkisi 1,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər”. Həmin rəyin təsviri – əsaslandırıcı hissəsinin sonuncu abzasına əlavə olunmuş qeydə əsasən «Marixuananın təmiz çəkisi – 1,90 qram, tədqiqata sərf edildi – 0,08 qram, qalıq – 0,41 qram». Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 noyabr 2025-ci il tarixli qərardan görünür ki, 1,90 qram narkotik vasitə qurudulmuş –marixuananı qanunsuz olaraq əldə edib, üzərində daşımaqla yaşadığı mənzildə saxlaması faktına görə Xankəndi Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış və cinayət tərkibi olmadığından həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. - «Şübhəli şəxsin tutulması haqqında» 24 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs qeyd olunan fakt üzrə həmin tarixdə saat 19.15-də şübhəli şəxs qismində tutulmuşdur. - «Şübhəli şəxs statusuna xitam verilməsi və azad edilməsi haqqında» 25 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16.35-də azad edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər . Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 01 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Bağırov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 01 ay müddətə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,41 qram narkotik vasitə qurudulmuş –marixuana məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik İnzibati Xətalar Məcəlləsinin 55-ci maddəsinə əsasən dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Bağırov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs 25 oktyabr 2025-ci ildən 26 oktyabr 2025-ci ilə qədər cinayət təqibi qaydasında həbsdə olduğu 1 (bir) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün inzibati həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbs müddətinin başlanğıcı 01 dekabr 2025-ci il saat 16.50-dən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,41 qram narkotik vasitə qurudulmuş –marixuana məhv məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik İnzibati Xətalar Məcəlləsinin 55-ci maddəsinə əsasən dövlət büdcəsinə aid edilsin. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar