Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-74/2025 11.12.2025 Xankəndi Şəhər Məhkəməsinin hakim vəzifəsini müvəqqəti icra edən Şuşa rayon məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi Qafarov Vüqar oğlunun iştirakları ilə xx xxxxxxx 1992-ci ildə Laçın rayonunda doğulmuş, Azərbayc an Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Laçın şəhəri, 28 aprel küçəsi ev 111-də qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 10 dekabr 2025-ci ildə saat 17 radələrində Xankəndi şəhər ərazisində yerləşən “LB STUDİO” adlı bərbərxanada uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 11 dekabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddə üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 10 dekabr 2025-ci ildə saat 17 radələrində Xankəndi şəhər ərazisində yerləşən “LB STUDİO” adlı bərbərxanada olan zaman Tərlan adlı şəxslə aralarında mübahisə yaranmış nəticədə uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Buna görə də, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi Qafarov Vüqar oğlu izahatında göstərmişdir ki, Şəxs 10 dekabr 2025-ci ildə saat 17 radələrində Xankəndi şəhər ərazisində yerləşən “LB STUDİO” adlı bərbərxanada uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 11 dekabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 11 dekabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: • Şəxs 11 dekabr 2025-ci il tarixli izahatının məzmunundan görünür ki, o, 10 dekabr 2025-cü ildə saat 17 radələrində Xankəndi şəhər ərazisində yerləşən “LB STUDİO” adlı bərbərxanada uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etməsi ilə bağlı hərəkətlər etdiyini etiraf etmişdir. • “İnzibati qaydada tutma haqqında” 10 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18.30-da inzibati qaydada tutulmuşdur. • Şəxs barəsində tərtib olunmuş 11 dekabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, 10 dekabr 2025-ci ildə saat 17 radələrində Xankəndi şəhər ərazisində yerləşən “LB STUDİO” adlı bərbərxanada uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. • X1 10 dekabr 2025-ci il tarixli izahatının məzmunundan görünür ki, 10 dekabr 2025ci ildə saat 17 radələrində Xankəndi şəhər ərazisində yerləşən “LB STUDİO” adlı bərbərxanada olan zaman Şəxs ora gəlmiş aralarında yaranan mübahisə nəticəsində ona qarşı uca səslə nalayiq ifadələr işlətmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi; - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərə tutulmuş xırda xuliqanlıq əməli obyektiv cəhətdən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə törədilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair» 12 oktyabr 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə cinayət hüquqi anlamda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Müvafiq qərarda əks olunmuş hüquqi mövqeyin məzmunundan görünür ki, ictimai qaydanın obyektini aşağıdakılar təşkil edir: - nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyəti; - kütləvi tədbirin və ya ictimai asayişin pozulması; - vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan hərəkət; - qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər. Şəxs tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi əməlin İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsifinə əsas olur. Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübatların məcmusu ilə 11 dekabr 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsir olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Ona görə də Əlizadə X2 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ən aşağı həddə cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əlizadə X2 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №3(065)-74/2025
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-74/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver