Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-75/2025 11.12.2025 Xankəndi Şəhər Məhkəməsinin hakim vəzifəsini müvəqqəti icra edən Şuşa rayon məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxxx 1992-ci ildə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 10 dekabr 2025-ci il tarixdə saat 17 radələrində Xankəndi şəhər ərazisində yerləşən “LB STUDİO” adlı bərbərxanada uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması ilə əlaqədar Xankəndi Şəhər Polis Şöbəsinə dəvət olunmuş, sonradan narkotik vasitə hesab edilən marixuana qəbul etməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə sidiyinin birmomentli immunoxrmotoqrafiyası test-xətt üsulu ilə müayinəsi aparılan zaman həmin maddə sidiyində aşkar edilmişdir. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 11 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 10 dekabr 2025-ci il tarixdə saat 17 radələrində Xankəndi şəhər ərazisində yerləşən “LB STUDİO” adlı bərbərxanada uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması ilə əlaqədar Xankəndi Şəhər Polis Şöbəsinə dəvət olunmuş, sonradan narkotik vasitə hesab edilən marixuana qəbul etməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə sidiyinin birmomentli immunoxrmotoqrafiyası test-xətt üsulu ilə müayinəsi aparılan zaman həmin maddə sidiyində aşkar edilmişdir. Əvvəllər narkotik vasitə istifadə etmiş, sonuncu dəfə 20 gün əvvəl Bakı şəhərində narkotik vasitə hesab edilən marixuana istehlak etmişdir. Əməlindən peşmandır. Odur ki, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsi sahə rəisi X3 bldirmişdir ki, Şəxs 10 dekabr 2025-ci il tarixdə saat 17 radələrində Xankəndi şəhər ərazisində yerləşən “LB STUDİO” adlı bərbərxanada uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması ilə əlaqədar Xankəndi Şəhər Polis Şöbəsinə dəvət olunmuş, sonradan narkotik vasitə hesab edilən marixuana qəbul etməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə sidiyinin birmomentli immunoxrmotoqrafiyası test-xətt üsulu ilə müayinəsi aparılan zaman həmin maddə sidiyində aşkar edilmişdir. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 11 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 11 dekabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Fərid Hüseynov tərəfindən tərtib olunmuş 11 dekabr 2025-ci il tarixli raportdan görünür ki, Şəxs sidiyinin birmomentli immunoxrmotoqrafiyası test-xətt üsulu ilə müayinəsi aparılan zaman həmin narkotik vasitə hesab edilən maddə sidiyində aşkar edilmişdir. - Şəxs 10 dekabr 2025-ci il tarixli izahatının məzmunundan görünür ki, o, əvvəllər narkotik vasitə istifadə etdiyini, sonuncu dəfə 20 gün əvvəl Bakı şəhərində narkotik vasitə hesab edilən marixuana istifadə etdiyini etiraf etmişdir. - “İnzibati qaydada tutma haqqında” 10 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18.30-da inzibati qaydada tutulmuşdur. - Ambulator məcburi narkoloji-tibbi yoxlama ilə bağlı tərtib olunmuş 11 dekabr 2025-ci il tarixli 1964 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qediyyata alınması məsləhət görülür. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 11 dekabr 2025-ci il tarixli 5189/2025 nömrəli aktın nəticə hissəsində qeyd olunur ki, Şəxs bədənində THC aşkar edilib. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər . Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 11 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Əlizadə X2 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 01 (bir) ay müddətə inzibati həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı 10 dekabr 2025-ci il saat 18.30-dan hesablansın. Şəxs narkoloji kabinetdə proflaktiki qediyyata alınsın. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev