Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-8/2025 10.02.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs –Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X3 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan və Ağdam rayonu Baharlı-2 qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 15 yanvar 2025-ci ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 180 manat olan 1 (bir) ədəd istifadə olunmuş su matoru, 4 (dörd) ədəd istifadə olunmuş soyuducu matoru, 45 kiloqram mis naqil oğurlamaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 15 yanvar 2025-ci ildə istifadəsində olan “Niva” markalı 02CA432 qeydiyyat nişanlı avtomobil ilə Xankəndi şəhərinə gəlmişdir. Xankəndi şəhərində avtomobillə hərəkət edən zaman fərdi yaşayış evlərinin birinin qarşısında 1 (bir) ədəd istifadə olunmuş su matoru, 4 (dörd) ədəd istifadə olunmuş soyuducu matoru, topa halda mis naqil götürərək, həmin əşyaları avtomobilin yük yerinə yığmışdır. Həmin gün saat 20 radələrində Xankəndi şəhərində yerləşən 3-cü blok postdan çıxarkən avtomobilə baxış keçirilmiş və baxış zamanı yük yerindən həmin əşyalar aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. Qeyd olunan əşyalar zərərçəkmiş hüquqi şəxsə qaytarıldığından və onlarla barışıq əldə etdiyidən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 qeyd etmişdir ki, Şəxs oğurladığı bütün əşyalar – ümumi dəyəri 180 manat olan 1 (bir) ədəd istifadə olunmuş su matoru, 4 (dörd) ədəd istifadə olunmuş soyuducu matoru, 45 kiloqram mis naqil ondan götürülmüşdür. Buna görə də, Şəxsla barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsi sahə rəisi X6 bildirmişdir ki, Şəxs 19 yanvar 2025-ci ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 180 manat olan 1 (bir) ədəd istifadə olunmuş su matoru, 4 (dörd) ədəd istifadə olunmuş soyuducu matoru, 45 kiloqram mis naqil oğurlamaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 10 fevral 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin X4 Təhqiqat bölməsində toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Baxış keçirilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs istifadəsində olan “Niva” markalı, 02CA432 qeydiyyat nişanlı avtomobilə həmin tarixdə baxış keçirilərkən avtomobilin yük yerindən 1 (bir) ədəd köhnə vəziyyətdə su matoru, 04 (dörd) ədəd soyuducu matoru, 45 kq mis kabel aşkar edilərək götürülmüşdür. - “Eldost İnşaat” tərəfindən tərtib olunmuş 19 yanvar 2025-ci il tarixli məlumatdan görünür ki, 1 (bir) ədəd istifadə olunmuş su matoru, 4 (dörd) ədəd istifadə olunmuş soyuducu matoru, 45 kiloqram mis naqilin ümumi dəyəri 180 manatdır. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 15 yanvar 2025-ci ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 180 manat olan 1 (bir) ədəd istifadə olunmuş su matoru, 4 (dörd) ədəd istifadə olunmuş soyuducu matoru, 45 kiloqram mis naqil oğurlamaları faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 10 fevral 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 məhkəmədə verdiyi izahatının məzmunundan görünür ki, Şəxs Xidmətə dəymiş maddi ziyanı ödəmiş, buna görə də, onunla barışmışlar. - Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatının məzmunundan görünür ki, o, əməlini etiraf edir, dəymiş ziyanı ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. 1 (bir) ədəd istifadə olunmuş su matoru, 4 (dörd) ədəd istifadə olunmuş soyuducu matoru, 45 kiloqram mis naqil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev