Məhkəmə qərarları › İş №3(066)-10/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-10/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-10/2025 22.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədliyi, X1 iclas katibliyi ilə, Şəxs (bundan sonra MMC) (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-03534/24 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 94329398 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********4001 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə Gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı 94329398 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 14:30-da daxil olduğu halda ölkə ərazisinə gətirilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Qeyd edilən fakla bağlı Şəxs MMCnin nümayəndəsi X2 ilə əlaqə saxlanılmış, çağırışa gələ bilməyəcəyini, inzibati xəta haqqında protokolun və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardadın onun iştirakı olmadan tərtib edilməsini, qərardad və protokolun surətinin Şəxs MMC-nin ünvanına göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxsnə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:09-da Göygöl rayon Quşqara kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına “YİWU JOİN İMPORT”-dən 94329398 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş mallara (sənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyalar müxtəlif hazır məmulatlar süpürgələr, fırçalar) dair xx.xx.2024-cü il tarixli, **********4001 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. Lakin mallara dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin ünvanına “YİWU JOİN İMPORT”-dən 94329398 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində mallara dair (sənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyalar müxtəlif hazır məmulatlar süpürgələr, fırçalar) xx.xx.2024-cü il tarixli **********4001 nömrəli gömrük bəyannaməsi tərtib edilərək Abşeron Gömrük postuna təqdim edilmişdir. **********4001 nömrəli gömrük bəyannaməsini və digər sənədlərin araşdırılması zamanı Şəxs MMC-nin ünvanına 94329398 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş mallara dair (sənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyalar müxtəlif hazır məmulatlar süpürgələr, fırçalar) dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar