Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-101/2025 10.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1951-ci ildə Ermənistan, Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, X3 küçəsi, ev 6 qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələri ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o xx.xx.2025-ci il tarixdə idarə etdiyi Vaz 2106 minik markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhər, A.Kazımov küçəsində yerləşən Avtovağzalın yaxınlığından üzü Göygöl şəhər İcra Hakimiyyəti istiqamətində hərəkətdə olarkən diqqətsizlikdən manevr qaydalarını pozaraq asfalt yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə inzibati protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə sürücü Şəxs idarə etdiyi Vaz 2106 minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhər, A.Kazımov küçəsinin Avtovağzal yaxınlığından üzü Göygöl şəhər İcra Hakimiyyəti istiqamətində hərəkətdə olarkən diqqətsizlikdən manevr qaydalarını pozaraq asfalt yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri almışdır. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bilməsini və zərərçəkmişlə barışdığından cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Göygöl şəhəri, A.Kazımov küçəsi ərazisində Göygöl şəhər avtovağzalının yaxınlığında yolda baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun örtüyü asfalt örtükdən ibarət olmaqla hadisə baş verən anda quru vəziyyətdə olmuş, avtomobil yolunun asfalt örtüyünün səthi hamar olduğundan sürücülərin hərəkəti üçün heç bir maneə yoxdur. Avtomobil yolu iki tərəfli hərəkət yoludur. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Baxış zamanı müəyyən olunmuşdur ki, sürücü Şəxs idarə etdiyi Vaz 2106 minik markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri A.Kazımov küçəsinin Avtovağzal yaxınlığında üzü Göygöl şəhər İcra Hakimiyyəti istiqamətində hərəkətdə olarkən diqqətsizlikdən manevr qaydalarını pozaraq asfalt yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 10.4 metrdir, tormoz izi yoxdur. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək heç bir iz, əşya aşkar edilib götürülməmişdir. Baxış sutkanın gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmişdir, “Samsung” markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X2 xx.xx.1951-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş BC137225 seriyalı sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək B1,B,C1,C,D1,D kateqoriaylı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 05 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sağ diz oynağı nshiyyəsinin hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1961-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə olunmuş 05 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməsi və onlara qəbul edilmiş qərardan narazı qaldıqları halda Göygöl royon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış materialın arxivdə saxlanılması üçün Göygöl RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ilk dəfə inzibati xəta törətməsini, törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-101/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-101/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver