Məhkəmə qərarları › İş №3(066)-103/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-103/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-103/2025 27.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Göygöl rayonu, Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olan və Göygöl rayonu, Qızılca kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl Rayon Polis İdarəsinin İTB-in sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis mayoru Nümayəndə izahatında bildirdi ki, Göygöl Rayon Polis X4 təhqiqatçısı, polis mayoru Elçin Dünyamalıyevin qərarı onun icraatına daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, 24 dekabr 2024-cü il tarixində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Qərarın icrası ilə bağlı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflərin barışmadıqları halda barəsində inzibati xəta ilə bağlı icraat aparılan şəxsin qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, yeni il qabağı yoldaşına Bakıdan qayıtdıqdan sonra sərhəd qoşunlarında xidmət edən oğlunun yanına bir yerdə gedəcəklərini bildirmişdir. Yoldaşıgil də ondan xəbərsiz təxmini 1 həftə əvvəl əsgər oğlunun yanına gediblər. Ondan xəbərsiz iş görərək onu saymadıqları üçün 24 dekabr 2024-cü il tarixdə axşam saat 10-11 radələrində Göygöl Rayonu Qızılca kəndində evdə yoldaşı ilə ailə münaqişələri olmuş, yoldaşı Şahid2 gözünün altından zərbə vurmuş, biraz münaqişədən sonra aralanmışlar. Daha sonra xəbər qayını Zərərçəkmiş şəxs çatmışdır. Yoldaşı ilə münaqişə edib barışdıqdan sonra birdən görmüş ki, qapılarına 2 ədəd maşın gəlir. Gələnlərin çox olduğunu görüb və üzərinə onu vurmaq üçün gəldiklərini düşünərək çəkici əlinə almış ki, bəlkə oraya gələn şəxslər geri çəkilərlər. Lakin həmin şəxslərin geri durmadıqlarını görəndən sonra çəkici yerə qoymuş və oradakı şəxslər də onun əliniqolunu saxlayaraq çəkici onun başına vurmuşlar. Hadisədən sonra Göygöl Rayon Xəstəxanasında onun başına tikiş qoymuşlar. Başında yumruq izləri, barmağında olan zədə hələ də qalmaqdadır. Onu vuran qayını Zərərçəkmiş şəxs olmuşdur. Barəsində inzibati xəta ilə bağlı icraat aparılan şəxs məhkəmə istintaqı zaman bildirdi ki, Zərərçəkmiş şəxs evinə gəlib onu hədələmiş, o da Elcanla evdən təxmini 40-50 metr aralanaraq nə baş verdiyini öyrənməyə çalışmışdır. Hadisə yerində kim olduqlarını soruşduğu şəxslərdən biri Zərərçəkmiş şəxs komandiri olduğunu bildirmiş, Musa adlı biri də onu öldürməyə gəldiklərini demişdir. Həmçinin o, münaqişə zamanı yoldaşının başını divara vurmadığını, polis şöbəsində xəbəri olmadan izahatının o cür yazdırıldığını bildirmişdir. Hadisə vaxtı o, Zərərçəkmiş şəxsı vurmamış, onun üzü-gözü qanın içərisində olmasına baxmayaraq Zərərçəkmiş şəxs onu dayanmadan döymüşdür. Zərərçəkmiş şəxsla dalaşdığı yer evdən təxmini olaraq 50 metr aralıda olmuşdur. Zərərçəkmiş şəxs evinə gəlib onu təhqir etməsi və yoldaşının ondan xəbərsiz əsgər oğlunun yanına getmələri onu əsəbləşdirmiş, buna görə də əsəbi halda əlində çəkiclə Zərərçəkmiş şəxs arxası ilə getmişdir. Zərərçəkmiş şəxs yanına çataraq yanındakılardan nə üçün gəldiklərini soruşduqda Elcanın komandiri qonaq kimi gəldiklərini bildirmiş, yanlarında olan Musa adlı şəxs də onun üzərinə gələrək onu hədələməyə başlamış, o da oradakı şəxslərin çoxluğunu nəzərə alaraq əlindəki çəkici yerə atmalı olmuşdur. Həmin vaxtı qolunu tutaraq onu orada döymüşlər, 3-4 çəkic zərbəsi ilə başına vurmuşlar. Həmin çəkic zərbələrindən sonra damarlarında sıxılma getdiyi üçün gözləri zəifləməyə başlamışdır. Hazırda həkim müayinəsi ilə gözünə eynək yazılmışdır. Onu oradakılar əzişdirməyə başlayandan təxmini 5 dəqiqə sonra qayınanası oraya gəlmişdir. Əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs onu həyətdə vurmamış, həyətdə olarkən onu münaqişə yerinə çağırmamışdır. O, hasarın üstündə olarkən başqa maşının da gəldiyini görərək həmin maşının nə məqsədlə gəldiyini öyrənmək üçün əlində çəkiclə oraya getmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, yeddi ildir ki, orduda xidmət edir, müharibə veteranıdır. Şəxs problemi olduğundan 3 ildir ki, Azərbaycana gəlməmişdir. O da həmin ərəfədə Şəxs ailəsinə əlindən gəldiyi qədər köməklik göstərmişdir. Şəxs oğlu 6-7 aydır ki əsgərlikdə olmuş, gözü yol çəkməsin deyə bacısı ilə bir yerdə əsgər oğlunun yanına getməyi təklif etmişdir. Onlar dekabr ayının təxmini 20-21i, yəni bazar günü əsgər ziyarətinə getmişlər. Daha sonra bir gün gecə vaxtı bacısı qızı Nigar ona zəng edərək təlaşla atasının anasını döyməsini bildirmişdir. O da anasını götürüb maşınla oraya getmişdir. Maşını darvazanın yanında saxlamış, əvvəlcə anası sonra da özü maşından düşüb evin darvaza qapısını açaraq evdəki qadınlardan bacısının harada olduğunu soruşanda Şəxs ona ağır söyüşlər söymüş, həmin vaxtı qadınlar onu çölə çıxarmağa çalışmışlar, o, darvazadan çölə çıxaraq maşını ilə evdən təxmini 200 metr aralandıqdan sonra Şəxs hasardan aşaraq onun arxası ilə gedərək əlində çəkiclə ona hücum etmişdir. Şəxs çatan kimi onu çəkiclə vurmaq istəyəndə çəkic sifətinə dəyməsin deyə əlini qabağa tutduğu üçün barmağı zədələnmişdir. Orada biraz əlbəyaxa davaları olandan sonra oradakılar araya girib onları aralamışlar. Əlavə olaraq bildirdi ki, dava zamanı Şəxs onun üzünə, qarnına, sinəsinə yumruqla vurmuş, lakin hər hansı qalıcı xəsarət almamışdır. Hadisə olan vaxtı anası orada olmuşdur. Şəxs onu küçədə vurmuşdur. Komandiri və dostu Musa hadisə yerinə polislərlə bir vaxtda gəlmişlər. O bacısına görə Şəxs məsələni bağlamağı təklif etsə də Şəxs buna razı olmamışdır. Şəxs onunla barışmadığı üçün o da ərizəsini geri götürmək istəmir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərdi ki, o, həmin gün evdə olarkən oğlu Zərərçəkmiş şəxs ona zəng edərək Şəxs onun qızı Şahid2 möhkəm vurduğunu, qızının vəziyyətinin pis olduğunu xəbər etmişdir. Onlar dərhal oğlunun maşını ilə qızı gilə getmişlər. O, qapını açıb qonşunu və nəvəsini görərək nə baş verdiyini soruşmuşdur. Daha sonra oğlu darvazadan içəri girərək nə olduğunu soruşanda kürəkəni Şəxs Zərərçəkmiş şəxs onu döyməyə gəldiyini zənn etmişdir. Kürəkəni Şəxs əsəbi olduğunu görəndə oğlunu darvazadan çıxarıb ondan maşını ilə evdən təxmini 100- 200 metr aralıda olan dərəyə doğru sürüb uzaqlaşmasını istəmişdir. Şəxs də sakitləşdirməyə çalışaraq darvazadan içəri salıb qapını örtmüşlər. Oğlu maşını ilə dediyi yerə tərəf gedəndə onlar darvazanı örtərək içəri girmişlər, daha sonra görmüşlər ki, kürəkəni Şəxs əlində çəkic və açarla hörgünün yanındadır. Şəxs əlində çəkic ilə oğlunun arxası ilə gedəndə nə qədər yalvarsa da onu sakitləşdirə, geriyə qaytara bilməmiş, qorxudan ayaqları tutulmuşdur. Onlar hadisə yerinə çatanda Şəxs başından, oğlunun da əlindən qan axırdı. Daha sonra qızı və oradakılar oğlu ilə kürəkəni Şəxs aralamışlar. Lakin hadisə vaxtı olan davanı görə bilməmişlər. Həmin vaxtı oğlunun komandiri və dostu Musa polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəlmişlər. Polis əməkdaşları Şəxs apardıqdan sonra da komandir oğlunu onların maşınına əyləşdirib aparmışdır. Əlavə olaraq bildirdi ki, hadisə Daşkəsənə gedən yolun ortasında, axşam saat 11-12 radələrində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında göstərmişdir ki, o, əsgər oğlunun yanına yoldaşından icazə almadan anası ilə getmişdir. Yoldaşı da evə gələrkən telefonda oğlu ilə olan şəklini görüb onunla dalaşmışdır. Yoldaşı onu vuranda qızı nənəsi gilə zəng edərək yoldaşının onu vurduğunu xəbər etmişdir. Həmin vaxtı anası gil gəlmişlər, qardaşı da darvazadan içəri girərək Ramilin harada olduğunu soruşanda anası Zərərçəkmiş şəxsı çölə çıxararaq uzaqlaşdırmış, daha sonra da aralarında dava olmuşdur. Əlavə olaraq bildirdi ki, dava həyətdə olmamış, evdən aşağıda olmuşdur. O, hadisə yerinə çatanda yoldaşının başının qanadığını görmüş, koftasının qolu ilə qanı silib nə olduğunu soruşanda, yoldaşı Zərərçəkmiş şəxs onun başına çəkiclə vurduğunu bildirmişdir. Həmçinin bildirdi ki, O, yoldaşının onu vurması ilə bağlı şikayət verməmiş, lakin hadisə ilə bağlı izahat vermişdir. Şəxs hörgünü aşaraq Zərərçəkmiş şəxs arxası ilə getmişdir. Ramil qardaşının arxası ilə gedəndə əlində çəkic olmuşdur. Onlar hadisə yerinə çatanda yoldaşı ilə qardaşını oradakı şəxslər aralamışdılar. İnzibati materiala əlavə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş Şəxs Məzhir oğlunun barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Göygöl RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1984-cü ildə doğulmuşdur və Azərbaycan Respublikası vətandaşıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2024-cü il tarixli, 728 saylı rəyinin surətindən görünür ki, Şahid2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyyəsinin sıyrıqları, sol gözün alt və üst qapaqlarının, sağ əlin İV barmağının arxa səthinin ançırları – bərk (küt) əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2024-cü il tarixli, 729 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət- sağ əlin İİİ barmağının səthi yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlmiş və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2024-cü il tarixli, 730 saylı rəyinin surətindən görünür ki, Şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın təpə nahiyyəsinin səthi yarası, alt və üst dodağın selikli qişalarına qansızma, sol bilək, sol əl nahiyyələrinin sıyrıqları, sağ əlin İ barmağının qançırı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı və iş üzrə şahidlərin ifadələri ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və onun şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar