Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-107/2025 17.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Kəlbəcər rayonu, Taxtabaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, X3 Təhsil İdarəsində müəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Göygöl rayonu, Üçtəpə kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o xx.xx.2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi Mercedes Benz E200 markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Üçtəpə kəndi ərazisindən Göygöl şəhəri istiqamətində hərəkətdə olaraq Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla sola dönmə əməliyyatı aparmış və həmin vaxt arxadan gələrək ötmə əməliyyatında olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz E200 markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs öz ehtiyatsızlığından yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Yol-nəqliyyat hadisəsi “Mercedes Benz E200 minik” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ara məsafəsi saxlamadan manevr etmə qaydalarını pozması səbəbi ilə baş vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 05 noyabr 2024-cü ildə “Mercedes Benz E200 minik” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərindən evə gələrkən Göygöl Rayonu Üçtəpə kəndi ərazisində arxadan gələn avtomobilin onu keçməsini gözləmədən sola dönərək onu yan tərəfdən keçmək istəyən avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində özü xəsarət almasa da, Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Hazırda vurduğu zərəri tam şəkildə ödəyərək zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən inzibati xətanı törətməsi ilə bağlı ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü ildə, saat 17:00 radələrində atasının adına olan “Mecedes Benz E200 minik” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri istiqamətindən gələrkən Şəxs idarə etdiyi avtomobilə yaxınlaşıb yan tərəfdən ötmək istəyərkən Şəxs idarə etdiyi avtomobilini ona tərəf döndərərək onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində müharibə zamanı ayağında qalmış qəlpə yerindən tərpənərək hazırda axsayaraq yeriməsinə səbəb olmuşdur. İnzibati xətanı törətmiş şəxs ona vurmuş olduğu zərəri ödəmişdir. Hazırda inzibati xətanı törətmiş şəxslə bağlı hər hansı şikayət və tələbi yoxdur. Odur ki, inzibati xətanı törətmiş şəxsin məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta ilə bağlı protokolu tərtib etmiş Göygöl rayonu YNH inspektoru polis baş leytenantı X2 məhkəmə iclasına gəlməmiş, proses iştirakçıları onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiklərini bildrimişlər. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Göygöl rayonu Üçtəpə kəndindən Göygöl şəhər istiqamətində olan yolun hərəkət hissəsində baş vermişdir. Hadisə baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdədir, 2 hərəkət istiqaməti və 2 hərəkət zolağı vardır. Hər bir hərəkət istiqamətinin eni 3 metr 50 sm olmaqla hər iki istiqamət üçün yolun ümumi eni 7 metrdir, hərəkət istiqamətlərini birbirindən qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qırıq-qırıq nişanlanma xətləri vardır, yolun hərəkət hissəsi işıqlandırılmır, hadisə yeri yaşayış məntəqəsində baş vermiş, hadisə yerində hərəkət surəti 50 km/saatdır. Asfalt örtüklü yoldan sonra Göygöl şəhəri istiqamətində sağda asfalt örtüklü 1 metr 10 sm səki, solda isə üzəri açıq olan su. Mercedes Benz E200 markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət surətinin ölçülməsi mümkün olmamış, avtomobildə sərnişin və yük olmamışdır. Hadisə zamanı Mercedes Benz E200 markalı, **-KU-*** dövlət nömrə nişanlı və Mercedes Benz E200 markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobillər hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülmədi. Baxış sutkanın gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi, “Samsung” markalı rəqəmsal fotoaparatla şəkillər çəkildi, hadisə yerinin sxemi tərtib edildi. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1959-cu ildə Kəlbəcər rayonu Taxtabaşı kəndində anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, avtoqəza nəticəsində Şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hazırda onun Şəxs heç bir şikayət və tələbi yoxdur və olmayacaq. Odur ki, onların arasında barışıq əldə olunmuşdur. İşdə olan barəsində inziubati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, avtoqəza nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Ceyhun Sadıxovun ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş AC 621297 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək B kateqoriaylı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 652 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bud nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sol gözün alt qapağının və sol baldır nahiyyəsinin qançırları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2014-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş 13 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Göygöl RPŞnin DYPB-nə göndərilməsi, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməsi və onlara qəbul edilmiş qərardan narazı qaldıqları halda Göygöl royon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış material arxivdə saxlanılması üçün Göygöl RPŞnin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-107/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-107/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver