Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-108/2023 14.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon polis idarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin 327.1-ci maddəsi ilə olan inzibati materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon polis idarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin 327.1-ci maddəsi ilə 11 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Suraxanı rayonu DYPŞ-dən xx.xx.2023-ci il tarixli, 2-3458/23 nömrəli məktubu ilə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında material geri qaytarılmalıdır. İnzibati xəta haqqında işə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, inzibati protokolda Şəxs qeydiyyat ünvanı Göygöl rayonu göstərilməsinə baxmayaraq onun yaşayış yeri göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında 11 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1, 109.1.6-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair material ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Suraxanı rayon polis idarəsinə geri qaytarılsın. Qərardadan şikayət və protest verilə bilməz. Sədrlik edən: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84, Faks: (02220) 5-23-84 İş № 3(066)-108/2023 14 mart 2023-cü il Suraxanı rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytinantı cənab Surxay Vəliyevə hörmətli Surxay müəllim, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair material Göygöl Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 3(066)-108/2023 nömrəli qərardadına əsasən baxılmadan Sizə qaytarılır. Qoşma: Qərardadın surəti, inzibati xəta haqqında prtokol "02 " vərəq. Hakim: Qələmdar Abbasov İş № 3(066)-108/2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 14 mart 2023-ci il Göygöl şəhəri Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxılır. Hakim saat 12:00-da məhkəmə iclasını açır və məruzə edərək bildirir ki, Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana(vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Tərtib edilmiş protokoldan isə aydın olur ki, həmin protokolda inzibati protokol tərtib olunması barədə protokolda şəxsin ünvanı göstərilməyib Məhkəmə müşavirə otağına gedir və qayıtdıqdan sonra sədrlik edən qərardadı elan edir. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(066)-108/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-108/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver