Məhkəmə qərarları › İş №3(066)-108/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-108/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-108/2025 28.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(066)-384/2022 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat cərimə edilən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli icra sənədəinə əsasən Şəxs cəmi 4530 manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İcra sənədi 07 sentyabr 2021-ci il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə qərar, bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Tərəflərindən Şəxs adına müvafiq sorğular verilmiş, lakin borclunun adına hər hansı rəsmi gəlir, əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu cəmi 310 manat məbləğində ödəniş etmiş, borclu yerdə qalan 4220 manat məbləğində borcun ödənilməsi ilə bağlı izahatında bugünkü tarixə borcundan 200 manat məbləğində ödəniş edə biləcəyini, qalan borcunu da hər ay 200-300 manat məbləğində hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Əlavə olaraq bildirdi ki, borclunun sonuncu dəfə 2024-cü il dekabr ayının 18-də 200 manat, daha əvvəl 2022-ci il tarixdə isə tələbkarın ərizəsi əsasında 110 manat məbləğində ödəniş etmişdir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində tərtib edilmiş protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, borcu olan vaxtlarda ağrıdığı üçün işləyə bilməmiş, bu səbəbdən ödənişləri edə bilməmişdir. Hazırkı borcundan bugünkü tarixə 200 manat, həftənin birinci gününə daha 200 manat olmaqla, hər ay 200 manat məbləğində ödəniş etməyə razıdır. Əlavə olaraq bildirdi ki, hazırda işi yoxdur, mövsümü işlə əlaqədar aprel ayından Göygöl şəhərində yerləşən oteldə təmizlikçi olaraq işə başlayacaq, həmin vaxtdan borcundan hər ay ödəniş edəcəkdir. Məhkəmədən borcunu az miqdarda hissə-hissə ödəməsi üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, o, fermer təsərrüfatı ilə məşğul olmuş, borclu Şəxs da onun işçisi olmuşdur. Şəxs qızı rəhmətə gedən zaman borc eləmiş və həmin borcu bağlaması üçün o, Şəxs köməklik göstərərək onun borcunu bağlamışdır. O, Məmməddov Elşənə onun yanında işləyərək borcunu bağlamasını təklif etsə də, Şəxs onun yanında işləmək istəməmişdir. Daha sonra məhkəmələri olan zaman o, borclunun 6500 manat ona olan borcundan borclunun hər uşağına görə 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində pulu borcluya güzəşt edərək 4500 manat məbləğində pulun ona ödənilməsini tələb etmişdir. O, borcluya 4500 manat məbləğində borcundan hər ay heç olmasa 50 manat ödəməsini təklif etdikdə borclu ona narahat olmamasını, borcu 1 ilə bağlayacağını bildirmişdir. Hazırda borclunun 200 manat bugünə, əlavə 200 manat sabaha ödəniş etməsi təklifinə razı deyil, Şəxs hazırkı borcundan 2000 (iki min) manat məbləğində ödənişi indi, geri qalan borcunu da hissə hissə ödəyəcəyi halda razılaşa bilər. Məhkəmədən borclunun borcunu ödəməsini, borcunu ödəmədiyi halda məsuliyyətə cəlb olunmasını xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(066)- 759/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 4500 (dörd min beş yüz) manat pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-759/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4530 (dörd min beş yüz otuz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu izahatında həmin icra sənədi üzrə borclu 4220 manat qalıq borcunu tam şəkildə ödəyə bilmədiyini, bugünkü tarixdə həmin borcdan 200 manat ödəniş edə biləcəyini göstərmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(066)-759/2021 saylı icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraat başlanmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(066)-759/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 4500 (dörd min beş yüz) manat pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 4220 manat borcu vardır. Borclunun izahatı alınarkən o, hazırda işləmədiyini və borcu birdəfəyə ödəməyə pulu olmadığını, hazırda 200 manat məbləğində ödəniş edə biləcəyini, qalan borcunu da imkanı olduqca hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Borclu Göygöl Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(066)-759/2021 saylı icra sənədi üzrə borcundan bu günə kimi cəmi 310 manat məbləğində ödəniş etməsi, həmçinin məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməməsi onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun tələb eilən ödənişi etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun tam şəkildə ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar