Məhkəmə qərarları › İş №3(066)-109/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-109/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-109/2024 19.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X6 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Xanlar (Göygöl) rayonu, Quşqara kəndində anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 291/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 manat qət edilən alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin müəyyən edilməklə Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-291/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması və Şəxs 30 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Lakin borclu öhdəliyini tam yerinə yetirməmiş, icra sənədi üzrə protokol tərtib olunan tarixə 1600 manat borcu qalmış, borclu öhdəliyinin icrasından yayınmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən 500 manat ödənilmiş, 1100 manat qalıq borc məbləğinin sonra borclu ilə tələbkar aralarında borcun ödənilməsi barədə qarşılıqlı razılaşma əldə etmişlər. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun qətnamədən və icra sənədindən məlumatı olub. Barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilir. O heç bir yerdə işləmədiyi üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Əvvəllər də borcundan ödənişlər etmişdir. Borc məbləğindən 500 manat ödəniş etmiş, qalıq borc məbləğini 2024-cü ilin sentyabr ayının 30-dək tam ödəniş edəcəyi barədə tələbkarla razılığa gəlmişlər. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, məhkəmə tərəfindən vaxt verildikdən sonra borc məbləğindən hissə-hissə 2024-cü ilin sentyabr ayının 30-dək tam ödəniş edəcəyi barədə borclu ilə razılığa gəlmişlər. Məhkəmədən borclunun barəsində olan hazırki inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 291/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 manat qət edilən alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin müəyyən edilməklə Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-291/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması və Şəxs 30 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Tələbkarla borclu öz aralarında borcun qalıq məbləğinin növbəti aylarda ödənilməsi barədə razılığa gələrək inzibati işə xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi tələbkar və borclu öz aralarında borcun hissə-hissə 2024-cü ilin sentyabr ayının 30-dək tam ödəniş edəcəyi barədə razılıq əldə etmiş və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500 Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-39-92, Faks: (0222) 5-39-92 www.göygölcourt.gov.az Elektron ünvan İş № 3(066)-109/2024 xx.xx.2024-cü il Göygöl rayon İcra və probasiya şöbəsinə Surəti: Şəxs Göygöl rayonu, Quşqara kəndi Surəti: Zərərçəkmiş şəxs Goranboy rayonu, Xoylu kəndi Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-109/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar “ ” səhifə. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar