Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-110/2023 16.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsinin rəisi X4 iştirаkları ilə, xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Ələkbər Seyfi küçəsi, 4-cü dalan, ev 5-də yaşayan «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmirtikinti sahəsinin rəisi X4 (AZE ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsinin rəisi X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 198.3-cü mаddəsi ilə inzibаti xətа haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib olunmuşdur ona görə ki, «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsinin təmirçi çilingəri Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Quşqara kəndinin qazlaşdırılması işlərini həyata keçirən zaman baş vermiş hadisə nəticəsində xəsarət almışdır. Qərar tərtib etmiş orqanın nümayəndəsi, Göygöl rayon prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X7 məhkəmə iclasında çıxış edərək göstərdi ki, «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmirtikinti sahəsində təmirçi-çilingər işləyən Zərərçəkmiş şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Göygöl rayonu, Quşqara kəndində «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsində texniki təhlükəsizliyə cavabdeh şəxs olan həmin sahənin rəisi X4 rəhbərliyi ilə həmin idarənin təmirçi-çilingərləri - X13, X5 və X8 ilə birlikdə uzunluğu 11.8 metr, çəkisi 120.4 kiloqram olan qaz borusunu əlləri ilə götürüb kanalın üzərindən keçirmək istəyən zaman texniki təhlükəsizliyə cavabdeh şəxs olan həmin sahənin rəisi X10 tərəfindən "Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tədbirləri" 12.3.020- 80 DÜST-nin (Dövlət standartın) 3.3.2, 3.3.3-cü bəndlərinin və "Azəriqaz" İstehsalat Birliyi Təmir-Tikinti İdarəsinin Gəncə RQİİ üzrə təmir-tikinti sahəsinin rəisinin vəzifə təlimatının 1.10-cu bəndinin tələblərinin pozulması səbəbəbindən Zərərçəkmiş şəxs boruları daşıyarkən ayağı sürüşərək yolun kənarından keçən kanala yıxılmış və nəticədə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərbə vurmaya aid "sol bazu sümüyünün qapalı qəlpəli yerdəyişmiş sınığı" xəsarətini aldığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsində texniki təhlükəsizliyə cavabdeh şəxs olan həmin sahənin rəisi X4 əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan materiallar Fərhad Əliyev barəsində inzibati xəta haqqında icraatın başlanması məsələsinə baxılması üçün Göygöl rayon prokuroruna təqdim edilmiş və Göygöl rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla X4 barəsində inzibаti xətа haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib edilmiş və sonuncunun barəsində qanuni tədbir görülməsi üçün qərar iş materialları ilə birlikdə rayon məhkəməsinə göndərilmişdir. Odur ki, qərarı müdafiə edir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsinin rəisi X10 ifadəsində özünü təqsirli bilərək hadisənin ehtyatsızlıqdan baş verdiyini bildirdi. Odur ki, barəsində qərar qəbul edilərkən məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmirtikinti sahəsinin rəisi X10 İXM-nin 198.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl rayon prokuroru X9 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qərarda göstərilmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Göygöl rayonu, Quşqara kəndində «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsində texniki təhlükəsizliyə cavabdeh şəxs olan həmin sahənin rəisi X4 rəhbərliyi ilə həmin idarənin təmirçi-çilingəri Zərərçəkmiş şəxs Göygöl rayonu, Quşqara kəndinin qazlaşdırılması işlərini həyata keçirən zaman baş vermiş hadisə nəticəsində xəsarət alması faktı ilə bağlı X4 əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan Fərhad Əliyev barəsində inzibati xəta haqqında icraatın başlanması qərara alınmşdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və X3” X18 eksperti Sabir Qasımovun xx.xx.2022-ci il tarixli, 375 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol bazu sümüyünün qapalı qəlpəli yerdəyişmiş sınığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir vəsaölamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İXM-nin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsində təmirçi-çilingər işləyən Zərərçəkmiş şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Göygöl rayonu, Quşqara kəndində «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsində texniki təhlükəsizliyə cavabdeh şəxs olan həmin sahənin rəisi X4 rəhbərliyi ilə həmin idarənin təmirçi-çilingərləri - X13, X5 və X8 ilə birlikdə uzunluğu 11.8 metr, çəkisi 120.4 kiloqram olan qaz borusunu əlləri ilə götürüb kanalın üzərindən keçirmək istəyən zaman texniki təhlükəsizliyə cavabdeh şəxs olan həmin sahənin rəisi X10 tərəfindən "Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tədbirləri" 12.3.020-80 DÜST-nin (Dövlət standartın) 3.3.2, 3.3.3-cü bəndlərinin və "Azəriqaz" İstehsalat Birliyi Təmir-Tikinti İdarəsinin Gəncə RQİİ üzrə təmirtikinti sahəsinin rəisinin vəzifə təlimatının 1.10-cu bəndinin tələblərinin pozulması səbəbəbindən Zərərçəkmiş şəxs boruları daşıyarkən ayağı sürüşərək yolun kənarından keçən kanala yıxılmış və nəticədə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərbə vurmaya aid "sol bazu sümüyünün qapalı qəlpəli yerdəyişmiş sınığı" xəsarəti almışdır. Toplanmış material üzrə araşdırma aparılmış, cavabdeh şəxs olan həmin sahənin rəisi X4 əməlində cinayət tərkibi olmadığından cinayət işininin başlanması rədd edilərək barəsində xx.xx.2023-cü il tarixdə Göygöl rayon prokurorluğunda İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat açılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Məhkəmə iş üzrə tərəflərin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsinin rəisi X4 İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və X10 törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən törədilmiş inzibаti xətаnın xаrаkterini nəzərə alaraq belə qənaətə gəlir ki, vəzifəli şəxs barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X6 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsinin rəisi X4 əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsinin rəisi X10 İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib, bаrəsində 1500 (nir min beş yüz) manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi həmin vəzifəli şəxsin qanunlara əməl edilməsi, habelə həm inzibati xəta törətmiş, həm də başqaları tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: «Azəriqaz» İstehsalat Birliyi Təmir-tikinti İdarəsinin Gəncə Regional Qaz istismar İdarəsi üzrə təmir-tikinti sahəsinin rəisi X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində 1500 (min beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və Göygöl rayon prokurorluğuna göndərilsin. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-110/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-110/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver