Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-110/2025 04.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq məhkəmə müəyyənetdi: Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Göygöl RPŞnin DYPB-nin YPX inspektoru, polis serjantı Nümayəndə göstərdi ki, O, Şəxs avtomobil ilə Mollacəlilli kəndindən gələrkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlamışdır. O, özünü sürücüyə təqdim edərək sürücünün saxlanılma səbəbini izah etmiş, daha sonra avtomobilin ön hissəsində siqnal trupkasını görərək sürücüdən avtomobilin matorxanasını açmasını istəmişdir. Avtomobilin matorxanası açıldıqdan sonra orada trupka olduğu aşkar edilmişdir. Şəxs bildirmişdir ki, onun bundan xəbəri yoxdur, avtomobil dayısı oğlunundur, avtomobilı etibarnamə əsasında 1-2 günlüyünə götürmüşdür. O, avtomobilİn duracağa götürülməli olduğunu, barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməli olduğunu Şəxs bildirmiş, Şəxs da bununla etirazı olmadığını bildirmişdir. Əlavə olaraq bildirdi ki, həmçinin avtomobilin yan şüşələrində də nazik plyonkalar olmuşdur, hazırda həmin plyonkalar da avtomobilin üzərindən sökülmüşdür. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, 20ER620 dövlət qeydiyyat nişanlı avtomobili bibisi oğlu Tağızadə Ruslan da sürmüşdür. O, həmin avtomobili arabir gəzintiyə çıxanda götürmüşdür. Avtomobili götürən zaman da çoxavazlı səs siqnalı quraşdırıldığından xəbəri olmamışdır. Avtomobildə olan plyonkadan da polis serjantı aşkar etdikdən sonra xəbəri olmuşdur. Belə ki, plyonka nazik olmuşdur. Məhkəmədən onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:02 radələrində “LADA 21214” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 342.2.4-cü və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Həmçinin nəqliyyat vasitəsində olan siqnal və plyonkanın avtoavtomobilın üzərindən söküldüyü qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin pois baş leytenantı Rəşad Məmişov və polis baş serjantı Nümayəndə tərəfindən inzibati xətanı törətmiş şəxs Şəxs iştirakı ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan məlum olur ki, vətəndaş Şəxs idarə etdiyi Vaz 21214 markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtoavtomobil polis əməkdaşları tərəfindən saxlanılmışdır və avtoavtomobilın üzərində olan xüsusi çoxavazlı səs siqnalı motoru ilə tərəflərindən təhvil götürülmüşdür. İş materiallarında olan BD287760 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “LADA 21214” minik markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2003-cü il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş BD103473 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan etibarnamədən görünür ki, X1 İlham Rəşid oğluna 23 oktyabr 2024-cü il tarixdə, sürücülük hüququ olduqda “LADA 21214” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25945531 nömrəli qərarın surətindən görünür ki, Verdiyev X7 Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə edilmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixli, EQ 25706081 saylı qərarın surətindən görünür ki, X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Vaz 2121” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildə çoxavazlı səs siqnalı olduğu üçün avtomobil duracağa alınmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin maddənin İX hissəsinə əsasən bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti haqqında Qanunun 1 saylı Əlavəsinin Vİİ bəndinin 8-ci hissəsində operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə olunması nəqliyyat vasitəsinin nasazlığına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2025-ci il tarixli aktdan məlum olur ki, “LADA 21214” minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 1(bir) ədəd çoxavazlı səs siqnalı xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs əsas tənbeh kimi törətdiyi inzibati xətaya görə nəzərdə tutulmuş sanksiyanın həddində inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Eyni zamanda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddənin sanksiyasında əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş premdetin müsadirəsi nəzərdə tutulduğundan Şəxs məxsus olan və akta əsasən götürülmüş bir ədəd xüsusi çoxavazlı səs siqnalı motoru il birlikdə dövlət nəfinə müsadirə olunmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs mülkiyyətində olan, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd xüsusi çoxavazlı səs siqnalı motoru ilə birlikdə dövlət nəfinə müsadirə olunsun. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-110/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-110/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver