Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-112/2023 10.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi və protokol tərtib etmiş şəxs X4 iştirаkı ilə xx.xx.1984-cü ildə Xanlar rayonunun Köşkü kəndində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Aşıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs (AA 1593895) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Göygöl rayon İcra və probasiya şöbəsində 06 mart 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur ondan ötəri ki, o, icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzrüsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun məhkəmə iclasına məcburi gətirilməsi üçün qərar qəbul edilib icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilmiş, lakin onun yerinin müəyyən edilərək məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)- 169/2019 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Həmçinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-170/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Şəxs tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədləri qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş, onun tərəfindən xx.xx.2019-cu il tarixdə Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-169/2019 nömrəli və xx.xx.2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin 2(066)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarların surətləri ilə bərabər icra sənədlərindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməmiş və icra sənədləri üzrə cəmi 1820 manatı tələbkarın xeyirinə ödəməkdən yayınmışdır. Borclu xx.xx.2023-cü il tarixdə Göygöl RİPŞ-yə çağırılmış və barəsində MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə 165 manat, xx.xx.2023-cü il tarixdə50 manat və xx.xx.2023-cü il tarixdə 165 manat tələbkarın xeyrinə ödəniş etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-169/2019 nömrəli icra sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 130 manat alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-170/2023 nömrəli icra sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi və iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin Şəxs tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş 06 mart 2023-cü il tarixli, MN № ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-169/2019 nömrəli icra sənədi üzrə hər ay 130 manat və 01.2023-cü il tarixli, 2(066)-170/2023 nömrəli icra sənədi üzrə hər ay 160 manat aliment alınaraq X1 xeyrinə verilməlidir. Hazırki tarixə onun 1820 manat aliment borcu yaranmışdır. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-169/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-169/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış aliment borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış aliment borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Qəbzlərin surətindən görünür ki, Şəxs 2023-cü ilin mart və aprel aylarında tələbkar X1 xeyrinə cəmi 380 manat ödəniş etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-169/2019 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 130 manat alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmiş, həmçinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-170/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi və iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin Şəxs tutularaq X1 xeyrinə ödənilməsi qət edilmiş, Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş həmin icra sənədləri üzrə icraat başlanılmış, borcluya icra sənədlərinin könüllü icrası üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2023-cü ilin mart və aprel aylarında tələbkara olan borcundan cəmi 380 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Bundan başqa o, tələbkara olan borcundan 2023-cü ilin mart və aprel aylarında ödənişlər etmiş, hər bir halda özünü təqsirli bilmiş, icra sənədinin icrasından qərəzli yayınması nəticəsinə gələcək hər hansı hərəkətə yol verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs bu günə qədər borcu ödəməməkdə heç bir qərəzliliyi yoxdur, sadəcə olaraq maddi imkanı borcu bütövlükdə ödəməyə yol vermir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun icranı qərəzli gecikdirməsindən və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. “Kərimov və qeyriləri Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, 27 dekabr 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, №№ 24219/16 və s., §§ 31-34, 22 iyul 2021). İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________ ___________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-112/2023 «10» aprel 2023-cü il Göygöl rayon İcra və probasiya şöbəsinə Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Göygöl Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 3(066)-112/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ __________________________________________________________ ______ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-112/2023 «10» aprel 2023-cü il Şəxs ünvan: Göygöl rayonu, Aşıqlı kəndi X3 ünvan: ünvan 2 aprel 2023-cü il tarixli, 3(066)- 112/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-112/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-112/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver