Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-113/2025 07.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 8371 manat pulun alınaraq Zərərçəkmiş şəxs Əlövsət oğluna ödənilməsi qərara alınmışdır. İcra sənədi 10 sentyabr 2024-cü il tarixdə Göygöl Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Tərəflərindən borclu Şəxs adına müvafiq sorqğular edilmiş, lakin borclunun adına rəsmi gəlir, daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Şəxs hazırda olan 8371 manat olan borcunu ödəməyə imkanı olmadığını izahatına göstərmişdir. Əlavə olaraq bildirdi ki, borclu tələbkara olan borcundan bu günə kimi heç bir ödəniş etməmişdir. Borclu tələbin könüllü icra edilməsi barədə qərar və bildirişi 19 sentyabr 2024-cü il tarixdə qəbul etmişdir. Məhkəmədən protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, imkanı olmadığı və işsiz olduğu üçün tələbkara olan borcundan bu günədək heç bir ödəniş edə bilməmişdir. Məhkəmə qətnaməsi ilə narazılığı yoxdur. Hazırda borcundan heç bir ödəniş edə bilmir. Ona vaxt verilərsə ayın sonunadək borcundan 500 manat ödəniş edə bilər. O, tələbkardan 2022-ci ildə 5950 manat dəyərində ümumi cehizlik üçün nəzərdə tutulan yataq dəsti mebeli almışdır. O, mebeli alan zaman torpaq sahəsini satıb borcunu ödəyəcəyini hesab etmişdir, lakin sözü gedən torpaq sahəsi sənədsiz olduğundan və torpaq sahəsini sənədləşdirmək yüksək məbləğdə ödəniş tələb etdiyindən, həmçinin nənəsi tərəfindən zəbt edildiyi üçün həmin torpaq sahəsini sata bilməmişdir. O ehtimal etmişdir ki, aldığı mebelin dəyərini ödəyəcəkdir. Lakin mağazasından oğurluq olması səbəbindən ödəyə bilməmişdir. Borcunu ödəyə bilməməsi ilə əlaqədar bildirdi ki, o, günlük 10-15 manat qarşılığında işləyərək dolanışığını təmin edir. Əlavə olaraq bildirdi ki, sözü gedən məhkəmə qətnaməsindən heç bir narazılığı yoxdur. Aldığı mebelin pulundan heç bir ödəniş etməmişdir. Bu günə ödəniş etməyə imkanı yoxdur, vaxt verilərsə ayın sonuna kimi 500 manat, digər aylarda da 350- 400 manat məbləğində borcundan hissə-hissə ödənişlər edə bilər. O Samsung A14 markalı telefon işlədir. Hazırda borcunu ödəməyə imkanı yoxdur və borcundan ödəniş edə bilmir. Onların mağazasının da sənədi yoxdur. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, onun alacaqları olduğu kimi verəcəyi borcları da çoxdur. Hazırda o borcunu ala bİlmədiyi üçün borclarını da ödəyə bilmir. Borclu Şəxs obyekti var, hazırda 1 ilə yaxındır həmin mağaza 450 manat qarşılığında icarəyə verilmişdir. Həmin məbləğ borclu Şəxs özünə çatır. Borclunun ailəsinə məxsus torpaq sahəsi var, atasının çayxana obyekti var, həmçinin qardaşı FHN-də işləməkə maaş alır və dolanışıqları normaldır. Bütün bunlar borclu Şəxs borcunu ödəmək istəmədiyini göstərir. O hazırda pulunun ödənməsini istəyir. Odur ki, borclunun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 859/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs nisyə satılmış mebelə görə 5950 (beş min doqquz yüz əlli) manat, verilmiş borca görə 2000 (iki min) manat, hüquqlarının müdafiəsi üçün ödəmiş olduğu pul vəsaitinə görə 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 101 (yüz bir) manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2(066)-859/2024 saylı icra sənədi ilə Şəxs 8371 manat borc tutularaq Zərərçəkmiş şəxs Əlövsət oğluna ödənilməlidir. Borclu izahatında borcundan heç bir ödəniş etməyəcəyini bildirmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-859/2024 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraat başlanmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-859/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs nisyə satılmış mebelə görə 5950 (beş min doqquz yüz əlli) manat, verilmiş borca görə 2000 (iki min) manat, hüquqlarının müdafiəsi üçün ödəmiş olduğu pul vəsaitinə görə 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 101 (yüz bir) manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 8371 manat borcu vardır. Borclunun izahatı alınarkən o, hazırda borcundan ödəniş etməyə imkanı olmadığını bildirmişdir. Borclu icra sənədi üzrə bu günədək borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, borclunun icra sənədi üzrə borcundan heç bir ödəniş etməməsini, tələbkarın şikayətçi olmaqla, borcun tam şəkildə ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-113/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-113/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver