Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-114/2025 10.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə izahatında bildirdi ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında mülk mübahisəsi olmuş, xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs Göygöl rayonu Mollacəlilli kəndində yaşadıqları evdə döymüşdür. Onlar gəlin və baldızdırlar. Bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta ilə bağlı protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs vurmamışdır. Sözü gedən hadisə vaxtı gəlini və nəvələri evdə olmuşdur, ümumiyyətlə Zərərçəkmiş şəxs ilə davası olmamışdır. Təranə ilə həmişə mehriban yaşamışlar. Təranə hazırda hər şeyi həmin ev üçün edir. Belə ki, Təranə son üç ildir onlar qaldığı evi əllərindən almaq istəyir. Həmin vaxt gəlini və nəvələri evdə olmuşdur. O, Təranəyə əl vurmamışdır. O Təranəyə vurmamış, ümumiyyətlə dava olmamışdır. O Təranəni pol ağacı ilə vurmamışdır. Ounun gəlini və nəvəvləri dava olsa idi görə bilərdi. O gəlinini məhkəməyə gətirə bilmir. Hazırda Təranə 3-4 aydır ki, həmin evdə qalmır, harada qaldığını da bilmir. Gəlini evdə olmuş, həmin vaxt dava olmamışdır. Barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, O çıxıb atası evinə gəlmiş və orada badvalda yaşayır. O, Şəxs ilə birgə yaşadığı vaxtda, təxmini 3 ay bundan əvvəl xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Şəxs ona nalayiq sözlər demiş, o isə dava olmasın deyə səssiz qalmışdır. Daha sonra Şəxs pol ağacını götürərək onun barmaqlarına vuraraq döymüşdür. Şəxs ona həmin evdə qalmaq ixtiyarı olmadığını söyləmişdir. Şəxs onu qaldığı badvalın qarşısında döymüşdür, o döyülən zaman evdə heç kəs olmamış, Şəxs gəlini də yuxarıkı evdə olduğundan ya xəbəri olmamış, ya da davadan uzaq qalmaq istəmişdir. Lakin o, Səkinəni vurmamışdır. Əlavə olaraq bildirdi ki, Səkinə onu pol ağacı ilə barmaqlarından vurmuşdur. O, boşanandan sonra atası evinə gəlmiş, təxmini 20 ildir həmin evdə yaşayır. Şəxs onu mütəmadi söyür, narahat edir, o, atası evində rahat yaşaya bilmir. Səkinə onu evdən çıxması üçün döymüş, o da polisə müraciət etmişdir. Şəxs onu evdən çıxıb getməsi üçün vurmuşdur. O pol ağacı ilə onun qoluna və ayağına vurmuşdur. Onun barmaqları qapqara qaralmışdır. Səkinənin onun neçə dəfə pol ağacı ilə vurmasını dəqiq bilmir. Təxminən 4-5 dəfə vurmuşdur. Şəxs inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli vəsiqənin sürətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1966-cı ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 716 saylı rəyinin surətindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bilək və sağ əlin İİİ barmağının qançırları–bərk, küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən hal kimi ilk dəfə inzibati xəta törətməsini nəzərə almışdır. Ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və onun şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-114/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-114/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver