Məhkəmə qərarları › İş №3(066)-115/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-115/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-115/2025 14.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “X5 Mühendislik Turizm Sanayi ve Ticaret Limited Şirkəti” nin Azərbaycan Respublikasındakı Filialında düzücü, drenaj boruları vəzifəsində işləyən, Göygöl rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl rayonu, Quşçu kəndində qonşusu Zərərçəkmiş şəxs Yusib qızı ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs evə gedərkən küçədə zibil olmasını qonşusu Zərərçəkmiş şəxs bildirərək nalayiq ifadə işlətmişdir. Aralarında mübahisləri baş vermişdir. Mübahisə zamanı Nəsimi Nuranəni əli ilə itələyərkən Nuranə yerə yıxılaraq dərəcəsi təyin edilməyən xəsarət almışdır. Göygöl RPŞ-nin təhqiqatçısı, Elçin Dünyamalıyev tərəfindən cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraat başlanması qərara alınmışdır. Bundan sonra tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə küçəyə peyin tökdüklərinə görə öz iradını bildirmişdir. Bu zaman Nuranə yaşadığı evdən əlində ağacla çölə çıxaraq ona nalayiq ifadələr işlətmişdir. O həmin vaxt Nuranəni vurmamışdır. Sonradan eşitmişdir ki, qonşu onu evə apararkən yolda ayağı ilişib yıxılmışdır. Əlavə olaraq bildirdi ki, o zərərçəkmişlə bağlı “TikTok” sosial şəbəkəsində heç bir paylaşım etməmişdir. Sadəcə zərərçəkmişin onu şərləməməsi üçün onu videoya çəkmişdir. Odur ki, barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hər axşam heyvanları çöldə yatır və onların peyinləridə çölə tökülür. Nəsimi və onun qardaşı hər dəfə onlara qarşı nalayiq ifadələr işlədir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Nəsimi ilə qabaqlaşmış və ona yoldaşına qarşı hansı səbəbə nalayiq ifadələr işlətməsini demişdir. Daha sonra o evə getmək istəyərkən Nəsimi telefonla onu çəkərək nalayiq ifadələr işlətdiyindən o, əlində olan ağacla gəlib Nəsimini vurmaq istəmişdir. Həmin vaxt Nəsimi orda olan Surəddin adında qonşunu itələmiş və Surəddin ona dəydiyindən o yerə yıxılaraq başı daşa dəymişdir. Sonra Nəsimi onun videosunu çəkərək “TikTok” sosial şəbəkəsində paylaşmışdır. O sadəcə Nəsimiyə onun evinin qarşısında nalayiq ifadələr işlətməməsini bildirmişdir. Zərərçəkmişdən şikayətçidir və onun qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edir. İşə əlavə edilmiş Göygöl Rayon X3 bölməsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 15 noyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin X1 göndərilməsi qərara alınmışdır. Odur ki, Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olduğundan baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt rədd edilməlidir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinə dair Göygöl rayon X3 Bölməsinin qərarı 15 noyabr 2024-cü il tarixdə qəbul edilsədə həmin qərar əsasında Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə 14 mart 2025-ci il tarixdə tərtib edilmişdir. Оnа görə də, məhkəmə İXM-nin yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol üzrə inzibati işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 30-34, 53, 106-115 və 157-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol üzrə inzibati işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən:Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar