Məhkəmə qərarları › İş №3(066)-117/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-117/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-117/2025 15.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, xx.xx.1972–ci il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla, hazırda Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə1 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 262.2.3-cü maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ona məxsus olan Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində fəaliyyət göstərən heyvanların kəsim məntəqəsində əmələ gələn tullantı suları plastik boru vasitəsilə yaxınlıqdakı açıq əraziyə axıtmışdır. Bununla da o, İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə1 izahatında göstərdi ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən mal bazarında fəaliyyət göstərən heyvanların kəsim məntəqəsində əmələ gələn tullantı suların yaxınılıqdakı əraziyə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərbvtələr Nazirliyinə daxil olmuş operativ məlumat əsasında o və idarənin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin məlumat öz əksini tapmışdır. Bu barədə tərəflərindən əvvəlcə akt tərtib edilmiş sonra isə Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsinin tərkibi olduğu üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əraziyə axıdılan çirkab suyun qarşısının alınması ilə əlaqədar Şəxs ekoloji tələbnamə verilmişdir. Sonradan yerində yoxlanılaraq pozuntununun aradan qaldırılması aşkar edildiyindən təkrar akt tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə idаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onlara ekoloji tələbnamə verilərkən pozuntunun 15 gün ərzində aradan qaldırılmasını bildirilsədə onlar həmin pozuntunu iki günə aradan qaldırmışlar. Qərar qəbul edilərkən pozuntunun aradan qaldırıldığının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-nin 262.2.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə1 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs məxsus Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində fəaliyyət göstərən heyvanların kəsim məntəqəsində əmələ gələn tullantı suları plastik boru vasitəsilə yaxınlıqdakı açıq əraziyə axıtmışdır. İşdə olan Azərbaycan Respublikasının Qida X2 X1 X3 Reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, 25-Q-00072 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X4 adına Göygöl rayonu Qızılca kəndində qida X1 göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. İşdə olan foto şəkillərə baxış keçirərkən X5 məxsus Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində fəaliyyət göstərən heyvanların kəsim məntəqəsində əmələ gələn tullantı suların plastik boru vasitəsilə yaxınlıqdakı açıq əraziyə axıdılması məlum olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, 0027 və 0028 saylı sərəncamları əsasında X5 məxsus Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində fəaliyyət göstərən heyvanların kəsim məntəqəsində əmələ gələn tullantı suların plastik boru vasitəsilə yaxınlıqdakı açıq əraziyə axıdılması aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsindən görünür ki, Şəxs adına ********** nömrəli VÖEN qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 262.2.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs özünə məxsus Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində fəaliyyət göstərən heyvanların kəsim məntəqəsində əmələ gələn tullantı suları plastik boru vasitəsilə yaxınlıqdakı açıq əraziyə axıdaraq İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-nin 76.1 -ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21 -ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini və adına ********** nömrəli VÖEN olmaqla vəzifəli şəxs hesab edilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs İXM-nin 262.2.3-ci maddəsi ilə təqsirli bilinib, barəsində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar