Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-119/2023 30.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X5 Vİ Tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X2 xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və həmin tarixli inzibati tənbeh vermə haqqında qərarının etibarsız hesab edilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X8 məhkəməyə şikayət verərək barəsində olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı-Gəncə magistral avtomobil yolunda Səngəçal ərazisində “Kamaz” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Vİ Tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X4 tərəfindən barəsində İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib olunarkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, sübuta yetirilməyən hal üzrə inzibati protokol tərtib olunmuş, poli əməkdaşı tərəfindən protokol tərtib olunarkən inzibati xətanın olub-olmaması ətraflı araşdılrılmamışdır. Həmçinin protokol tərtib olunarkən yol polisi əməkdaşından “Yol hərəkəti haqqında” qanunun tələblərini pozmadığını, yük daşımağa görə qanunvericiliyə müvafiq sənədlərə baxaraq araşdırmasını xahiş edib onda olan sənədləri nəzərdən keçirmək üçün polisə göstərsə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, onun iştirakı və xəbəri olmadan həmin protokol üzrə qərar qəbul edilmişdir. 2023-cü ilin fevral ayı ərzində qərarın ona təqdim olunması üçün BDYPİyə dəfələrlə müraciət etsə də ona qərar qəbul edilən kimi təqdim ediləcəyini bildirmişlər və xx.xx.2023-cü il tarixdə mobil telefonuna www.asanpay.az saytından sms gələrək İXP ******* saylı protokol əsasında qəbul olunmuş qərar üzrə qərarın qüvvəyə minməsi marədə məlumat verilmişdir. Ona görə də barəsində olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında X8 bildirmişdir ki, hal-hazırda səhvən protokoldan şikayət vermişdir. Protokoldan şikayət verdiyi zaman iş üzrə qərar onda olmamışdır. Ona görə də şikayətdə protokolun ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən də qərarı məhkəməyə təqdim etmək üçün məhkəmə iclasının 1 gün təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polisi İdarəsinə və şikayətçiyə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayəti iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* saylı Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəyta haqqında protokolun surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə, saat 00:46-da Bakı Dəmiryolçular (Sanqaçal) 3-də (GPS: 141.6597.49.********) “Kamaz 53229 yük” markalı, **-DV-*** d.q.n-lı nəqliyyat vasitəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərini pozmaqla idarə etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X8 xx.xx.2023-cü il tarixdə, saat 00:46-da “Kamaz 53229 yük” markalı, **-DV-*** d.q.n-lı nəqliyyat vasitəsini Bakı Dəmiryolçular (Sanqaçal) 3-də (GPS: 141.6597.49.********) idarə edərkən Vİ Tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X4 tərəfindən barəsində İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Daha sonra barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş şəxs X8 məhkəməyə şikayət verərək, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmidşir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iclasında X8 bildirmişdir ki, hal-hazırda səhvən protokoldan şikayət vermişdir. Protokoldan şikayət verdiyi zaman iş üzrə qərar onda olmamışdır. Ona görə də şikayətdə protokolun ləğv edilməsini xahiş etmişdir. X1 inzibati xəta haqqında protokol üzrə çıxarılmış qərarın surətini məhkəməyə təqdim etməsi üçün vaxt verilməsinə baxmayaraq, şikayətçi tərəfindən qərar məhkəməyə təqdim edilməmişdir. İnzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərar məhkəməyə təqdim edilmədiyindən inzibati xətaya dair iş üzrə hansı qərarın qəbul edilməsi məlum deyil və nəticədə qərarın qanuniliyi və əsaslılığının yoxlanılması mümkün deyil. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət vermək nəzərdə tutulmamışdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-119/2023 «30» mart 2023-cü il Baş Dövlət Yol Polisi İdarəsinə ünvan: Bakı şəhəri, Xırdalan-Binəqədi şössesi, 4 X6 ünvan: Göygöl rayonu, Yenim Zod ə.d., Mixayılovka kəndi Göygöl Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 3(066)-119/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-119/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-119/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver