Məhkəmə qərarları › İş №3(066)-120/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-120/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-120/2024 18.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X13 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkarlar "xxxx" MMC-nin nümayəndəsi X4, X6 və X3 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu, Toğanalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1017/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1800.48 (min səkkiz yüz manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimənin, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 850 (səkkiz yüz əlli) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimə olmaqla, ümumilikdə cəmi 2656.48 (iki min altı yüz əlli altı manat qırx səkkiz qəpik) manat borcun və 49.16 (qırx doqquz manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulаrаq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniləsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-1328/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2880 (iki imn səkkiz yüz səksən) manat pulun və 49 (qırx doqquz) manat dövlət rüsumunun alınıb X8 verilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-145/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5000 (beş imn) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 70 (yetmiş) manat məbləğində vəsaitin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Həmçinin Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notariusunun 8İ-1891 saylı icra qeydinə əsasən Şəxs 1572 (bir min beş yüz yetmiş iki) manat borc və 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla cəmi 1597 (bir min beş yüz doxsan yeddi) manat pul "xxxx" MMC-nin xeyrinə və Bakı şəhər 54 saylı notariat ofisinin xüsusi notariusunun 8İ-852 saylı icra qeydinə əsasən Şəxs 57.50 (əlli yeddi manat əlli qəpik) manat əsas borc, 47.50 (qırx yeddi manat əlli qəpik) manat məbləğində cərimə, 25 (iyirmi beş) manat dövlət rüsumu, 5 (beş) manat poçt bildirişi olmaqla cəmi 135 (bir yüz otuz beş) manat pul "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Hazırda borclunun icra sənədləri üzrə cəmi 12406.64 manat borcu vardır və vaxt verilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində məhkəmə qətnamələri çıxarılmasından və icra qeydlərinin olmasından xəbəri var, hazırda həmin borcları bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Yaranmış borcunu hissə-hissə ödəyə bilər. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar Quliyeva (Mürsəlova) Nişanə Nazir qızı izahatında bildirdi ki, Şəxs şikayətçidir. Borclu borcunu qərəzli şəkildə ödəmir. O, borcunun tam şəkildə ödənilməsini istəyir, əks təqdirdə borclunun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X11, X12 və X9 izahatlarında Şəxs şikayətçi olduqlarını, borclunun borcunu qərəzli şəkildə ödəmədiyini, borcludan borcun tam şəkildə ödənilməsini tələb etdiklərini bildirdilər və əks təqdirdə borclunun barəsində ağır cəza təyin edilməsini xahiş etdilər. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş, məhkəmə aktlarının və icra qeydlərinin icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, müdafiəçini və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1017/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1800.48 (min səkkiz yüz manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimənin, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 850 (səkkiz yüz əlli) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimə olmaqla, ümumilikdə cəmi 2656.48 (iki min altı yüz əlli altı manat qırx səkkiz qəpik) manat borcun və 49.16 (qırx doqquz manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulаrаq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniləsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-1328/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2880 (iki imn səkkiz yüz səksən) manat pulun və 49 (qırx doqquz) manat dövlət rüsumunun alınıb X8 verilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-145/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5000 (beş imn) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 70 (yetmiş) manat məbləğində vəsaitin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Həmçinin Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notariusunun 8İ-1891 saylı icra qeydinə əsasən Şəxs 1572 (bir min beş yüz yetmiş iki) manat borc və 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla cəmi 1597 (bir min beş yüz doxsan yeddi) manat pul "xxxx" MMC-nin xeyrinə və Bakı şəhər 54 saylı notariat ofisinin xüsusi notariusunun 8İ-852 saylı icra qeydinə əsasən Şəxs 57.50 (əlli yeddi manat əlli qəpik) manat əsas borc, 47.50 (qırx yeddi manat əlli qəpik) manat məbləğində cərimə, 25 (iyirmi beş) manat dövlət rüsumu, 5 (beş) manat poçt bildirişi olmaqla cəmi 135 (bir yüz otuz beş) manat pul "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş, izahatı alınmışdır. Borclu tərəfindən icra sənədləri üzrlü bir səbəb olmadan icra edilməmiş, icra sənədləri üzrə cəmi 12406.64 manat borcu yaranmışdır. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonraicra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddəticra sənədi üzrə ödənişedilməyərək borcun yaranmasıonu deməyə əsas verir ki, borclununicra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədləri üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarların şikayətçi olmalarını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli hüquqlarının faktiki qaydada məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 17:05-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500 Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-23-84, Faks: (0222) 5-39-92 www.goygolcourt.gov.az Elektron ünvan İş № 3(066)-120/2024 xx.xx.2024-cü il Göygöl rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən cənab Ruslan Əliyevə Surəti: Şəxs Göygöl rayonu, Toğanalı kəndi "xxxx" MMC-yə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 168B, məhəllə 3066 "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, moskva prospekti, 73A BOKT AZPUL MMC-yə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli, ev 41, məh. 1965 X8 Gəncə şəhəri, Mahrasa bağı, bina 5, ev 37 X5 Gəncə şəhəri, Atatürk prospekti, bina 10B, mən. 29 Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, 3(066)-120/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar “ ” səhifə. Hakim: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-23-84, Faks: (0222) 5-39-92 www.goygolcourt.gov.az Elektron ünvan İş № 3(066)-120/2024 xx.xx.2024-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Şəmşir Kazımova Hörmətli Şəmşir müəllim, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-120/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı Şəxs təqdim edilməsi üçün Sizə göndərilir. Qərar Şəxs təqdim etdikdən sonra məhkəmə qəbzinin Göygöl Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Qoşma: qərar, məhkəmə qəbzi. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar