Məhkəmə qərarları › İş №3(066)-122/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-122/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-122/2024 03.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X4 Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞ-nin DYPB-nin YNH inspektoru, polis baş leytenantı X2, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Daşkəsən rayonunda doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş Göygöl Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 28 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Şəxs idarə etdiyi “Mercedes Benz 200” markalı, **-BC-*** dövlət qedyiyyat nişanlı avtomobili Göygöl şəhəri, A.Kazımov küçəsində sağ zolaqla idarə edən zaman sol tərəfdən birləşən sol yola doğru dönmə əməliyyatı apararkən idarə etdiyi avtomobilin sol hissəsi ilə arxadan eyni istiqamətdə qarşı sol zolaqla ötmə əməiyyatında olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı, **- BF-*** dövlət qedyiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21061” markalı, **-BF-*** dövlət qedyiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Buna görə də İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin DYPB-nin YNH inspektoru, polis baş leytenantı X3 inbiati protokolu müdafiə edərək göstərdi ki, Şəxs yerdəyişmə və dönmə zamanı manevr və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaq qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “VAZ 21061” markalı, **-BF-*** dövlət qedyiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 22 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində “Mercedes Benz 200” markalı, **-BC-*** dövlət qedyiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri ərazisində hərəkətdə olan zaman ötmə əməliyyatında olmuş və sola dönmək istəmişdir. Həmin vaxt zərərçəkmiş Elgn Məmmədovun idarə etdiyi avtomobili görməmişdir. Bu səbəbdən qəza baş vermişdir. Hadisə zamanı içkili omamışdır. Hazırda zərəçəkmiş şəxslə barışmışdır və ona dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmişin ondan heç bir şikayət və tələbi yoxdur. Taksi fəaliyyəti ilə məşğul olur və ailəsini həmin fəaliyyətlə dolandırır. Odur ki, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun, foto cədvəllərin və sxemin surətlərindən görünür ki, hadisə yeri Göygöl şəhəri, Azay Kazımov küçəsində küçələrin və ya yolların kəsişmə yeridir. Hadisə gündüz vaxtı baş vermişdir, burada yol asfalt örtüklü olmaqla quru, hamar və düz profillidir, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxildir. Sürət həddi 60 km/saatdır. Yol iki hərəkət zolağından ibarətdir, əks istiqamətli nəqliyyat axınlarını ayıran nişanlanma xətti vardır. Həmçinin hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırması üçün uzununa nişanlanma xətlti vardır. Yolun hərəkət hisəsinin eni 11 metrdir. Hadisə yerində A.Kazımov küçəsinə sol tərəfdən yol birləşir. Hadisə yerində “Mercedes Benz 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşmuşdur. Hadisə yerinə baxış zamanı avtomobillərin toqquşduğu yer müəyyən olundu. Belə ki, baxışda sürücü Şəxs “Mercedes Benz 200” markalı avtomobili A.Kazımov küçəsində sağ zolaqla hərəkət etdirərkən sol tərəfdən birləşən yola sola doğru dönmə əməliyyatı apararkən “Mercedes Benz 200” markalı avtomobilin sol hissəsi ilə arxadan eyni istiqamətdə qarşısol zolaqla ötmə əməliyyatında olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21061” markalı avtomobilin qabaq sağ hissəsinin toquşşması təyin olundu. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 556 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində-sağ diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır, sıyrıq və şişkinliyi), alın, sağ gicgah nahiyyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdirlər. xx.xx.2023cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/469 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, “Mercedes Benz 200” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan AC667363 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi qərara alınmışdır. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, zərərçəkmiş şəxs məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar