Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-123/2023 16.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon X6 Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis kapitanı X1 iştirakları ilə, xx.xx.1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməyinə görə əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu DOS-55 də ev 1, mənzil 7-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 16 mart 2022-ci il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Aşıqlı kəndi ərazisində polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışdır Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək törətdiyi əməldən peşiman olmasını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Göygöl rayon Polis Şöbəsiniun DYPB-nin əməkdaşları Göygöl rayonu Aşıqlı kəndi ərazisində xidmətdə olarkən adı sonradan onlara məlum olan Şəxs idarə etdiyi avtomobili saxlamışlar. Yoxlama zamanı Şəxs spirtli içki qəbul edərək avtomobil idarə etməsi onlara məlum olmuşdur. Polis əməkdaşları Şəxs müayinədən keçirtmək isdəyərkən Şəxs avtomobildən düşərək yüksək səslə onlarla mübahisə etməyə başlamışdır. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon X8 Patrul Xidməti Bölüyünün polis nəfəri X4 bildirdi ki, 15 mart 2023-cü il tarixdə saat 17:45 radələrində Göygöl rayonu Aşıqlı kəndində xidmətdə olarkən YPX-nın əmakdaşları onları köməyə çağırıb və bir nəfərin içkili vəziyətdə onlara tabe olmadığını bildirmişlər. Onlar həmin ərazidə getdikdə Şəxs sərxoş halda yüksək səslə nəlayiq ifadələr işlətdiyini görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayonu X7 yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru polis baş serjantı X3 bildirdi ki 15 mart 2023-cü il tarixdə saat 17:45 radələrində Göygöl rayonu Aşıqlı kəndi ərazisində xidmətdə olarkən Mercedes Benz E200 markalı **-GU-*** dövlət qeydiyyat nişanlı aftomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı sürücünün spirtli içki qəbul edərək avtomobil idarə etməsi onlara məlum olmuşdur. Bu səbəbdən sürücüyə sərxoşluq testi tələb olunduqda sürücü nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə məhəl qoymamışdır. Həmin vaxt onlar Post Patrul xidmətini köməyə çağıraraq Şəxs barəsində tədbir görülməsi üçün onlara təhvil vermişlər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Göygöl rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşiman olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-123/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-123/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver