Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-126/2024 25.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X9 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-in sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Xanlar rayonu, Əzizbəyov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İ qurup əlilliyi olan, azadlığın məhdudlaşdırılması cəzası çəkən, Göygöl rayonu, Hacıməlik kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-in sahə rəisi, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsində xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-in sahə rəisi, polis kapitanı X8 inzibati xəta haqqında protokolu müdafiə edərək və protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024cü il tarixdə Göygöl RPŞ-nə ünvanlanmış məktub və ona əlavə edilmiş aktda Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında nalayiq ifadələr işlətməsi və ictimai qaydaları pozması göstərilmiş və Şəxs barəsində müvafiq tədbir görülməsi istənilmişdir. Buna görə də Şəxs barəsində İXM 510-cu maddəsi ilə xx.xx.2024cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək, bildirdi ki, o etdiyi əməlin inzibati xəta olmasını bilməmişdir. O əsəbi olduğu üçün özünü saxlaya bilməmiş və bu səbəbdən nalayiq ifadələr işlətmişdir. O, şəhid ailəsi olmaqla rayon ərazisində şəhid ailələri üzrə qurup rəhbəridir və öz həyatını şəhidlər xiyabanında keçirmişdir. X7 onun keçmiş arvadı olmuşdur. Aytən Həsənova məhkəmə zalında, insanların yanında ona onun üzərinə 5 dənə arvad almasını bildirdiyi üçün o özündən çıxmışdır. Buna baxmayaraq, o, Aytəni “f.......ş....k” etdiyi üçün qovduğunu bildirməmişdir. Sadəcə onu və şəhid ailəsini təhqir etdiyi üçün əsəbləşdiyindən nalayiq ifadə işlətmişdir. O bir şəhid ailəsi kimi onun cavabdeh X5 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə onu Aytən Həsənova ilə eyni vaxtda məhkəməyə çağrılmamasını, onun özünün tək çağrılmasını xahiş edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o Göygöl Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir. Şahid qismində çağrıldığı inzibati xəta haqqında iş üzrə onu bildirir ki, xx.xx.2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsində növbətçi olmuşdur. Həmin vaxt proses iştirakçısı Şəxs məhkəmənin 1 nömrəli zalında digər proses iştirakçısı Aytən Həsənovaya ucadan nalayiq ifadələr işlətmiş və qeyri-etik davranışlar göstərmişdir. Bununla bağlı onlar tərəfindən vətandaş Şəxs nizam-intizama dəvət edilsə də, Şəxs onların tələblərinə riayət etməmiş, bu səbəbdən onun barəsində tədbir görülmüşdür. Məhkəmə prosessi yekunlaşdıqdan sonra X13 Həsənov tərəfindən nalayiq ifadələrlə təkrar təhqir edilməməsi səbəbindən dərhal məhkəmənin inzibati binasını tərk etmişdir. Bu səbədən tərflərindən Aytən Həsənovanın izhatını ala bilmələri mümkün olmamışdır. Həmçinin Şahid2 məhkəmə iclasında verilən sualları cavablandırırarkən göstərdi ki, Şəxs ucadan nalayiq söyünclər etmiş, Aytən Həsonova nalayiq ifadələr işlətməklə onu təhqir etmiş və məhkəmənin iş prinsipini pozmuşdur. Aytən Həsənova məhkəmə prosesindən sonra narazılığını bildirərək, onun təhqir olunduğunu lakin tədbir görülməməsini bildirdi. Həmin vaxt onun tərəfindən Aytən izahat alınması üçün dəvət edilsə də o, təkrar nalayiq söyünclər eşitmək istəməməsini bildirmiş və çıxıb getmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o Göygöl Rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsində işləyir. İnzibati xəta haqqında iş üzrə onu bildirir ki, xx.xx.2024-cü il tarixdə məhkəmə prossesindən əvvəl iddiaçı Şəxsla cavabdeh Aytən Həsənova arasında məhkəmənin 1 nömrəli zalında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs Aytən Həsənovaya nalayiq ifadələr işlətmiş və onu təhiq etmişdir. Bununla bağlı icra məmuru Şəxs nizam inztizama dəvət etmiş və onun etdiyi hərəkətləri protokollaşdırmışdır. Həmçinin Şahid1 məhkəmə iclasında verilən sualları cavablandırarkən göstərdi ki, mübahisə zamanı Şəxs Aytən Həsənovaya nalayiq ifadələr işlətməklə onu təhqir etmiş, səs-küy salmış və məhkəmənin iş prinsipini pozmuşdur. Onlar arasında olan mübahisə təxminən 15-20 dəq çəkmişdir. Arzu X3rşı “alimentin azaldılması” tələbi ilə iddia qaldırmışdır. Onlar tərəfindən digər məhkəmə işlərinə baxılarkən, Şəxs səsküy salmış, nalayiq ifadələr işlətmiş və məhkəmənin iş prinsipini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 çıxışında göstərdi ki, hüquqlarını müdafiə etdiyi X1 barəsində tərtib edilmiş, inzibati protokol təmamilə qanunsuz və əsassızdır. Hüquqlarını müdafiə etdiyi şəxs İ qurup əlildir. Onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan zaman kobud surətdə qanun pozuntularına yol verilmişdir. İXM-nin 66-cı maddəsinə əsasən o birinci qurup olması səbəbindən öz hüquqlarını açıq-aşkar şəkildə müdafiə etmək iqtidarında olmamış, lakin inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan onu müdafiəçi ilə təmin etməmişdir. Məhkəməyə təqdim edilmiş materialda yalnız protokol və tərtib edilmiş akt vardır. Həmin aktda isə məhkəmə iclasında izahat vermiş şahidlərin izahatları yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı alınmış və həmin izahatdanda göründüyü kimi o heç bir qayda pozmamışdır. İXMnin 510-cu maddəsində ictimai qaydaların və ictimai münasibətlərin pozulmasından söhbət gedir. Məhkəmənin özünün səlahiyətində vardır ki, məhkəmə iclası zamanı proses iştirakçısı pozuntuya yol verərsə onu 48 saat müddətinə həbs və ya cərimə edə bilər. Məhkəmədə şəxsin iddiaçı qismində iştirak etdiyi iş vardır. Həmin iclas zamanı şəxs qarşı tərəflə aralarında olan hər hansısa bir mübahisə səbəbindən ona qarşı qeyri etik ifadə işlədə bilər. Həmin şəxsə qarşı edilmiş bu hərəkət ictimai qaydanının və ictimai münasibətlərin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd etdiklərinin nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamasını nəzərə alınaraq, onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. İşdə olan AR ƏƏSMN- nin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş elektron portaldan çıxarışdan görünür ki, Şəxs 1-ci dərəcə əlildir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə məhkəmə prosessi zamanı Şəxs proses iştirakçısı X5 məhkəmə iclası başlamazdan öncə nalayiq ifadələr işlətmiş və etik qaydalara riayət etməmişdir. Növbətçi icra məmuru tərəfindən nizam-intizama dəvət edilsə də Şəxs yenidən nalayiq ifadələr işlətməyə davam etmişdir. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi ictimai qaydanı pozması və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi dolayı izahatı, şahidlərin izahatları və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, protokol tərtib etmiş şəxsin izahatı və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan nalayiq ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əlil olmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-126/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-126/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver