Məhkəmə qərarları › İş №3(066)-129/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-129/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-129/2023 11.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, Baki şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, ev 3, mənzil 4-də qeydiyyatda olan və yaşayan Şəxs (AA 2528748) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Göygöl rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023- cü il tarixdə saat 16:30 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə şəhid Elbrus Hüseynov adına küçənin kəsişməsində yerləşən "STEP" mağazasının yaxınlığında sürücü Şəxs idarə etdiyi VAZ 2107 markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl rayon Avtovağzalı istiqamətindən "STEP" mağazası istiqamətində arxa-arxaya sürərək hərəkətdə olan zaman manevr etmə qaydalarını pozması nəticəsində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs dəyərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Yol-nəqliyyat hadisəsi VAZ 2107 markalı, **- ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs manevr etmə qaydalarını pozması səbəbi ilə baş vermişdir. Bununla da X2 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 327.8-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, xx.xx.2023- cü il tarixdə saat 16:30 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə şəhid Elbrus Hüseynov adına küçənin kəsişməsində yerləşən "STEP" mağazasının yaxınlığında sürücü Şəxs idarə etdiyi VAZ 2107 markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl rayon Avtovağzalı istiqamətindən "STEP" mağazası istiqamətində arxa-arxaya sürərək hərəkətdə olan zaman manevr etmə qaydalarını pozması nəticəsində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs dəyərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Yol-nəqliyyat hadisəsi VAZ 2107 markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs manevr etmə qaydalarını pozması səbəbi ilə baş vermişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlnması rədd edilmiş və onun barəsində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin DYPB-yə göndərilmişdir. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da radələrində idarə etdiyi VAZ 2107 markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolla sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ____________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-129/2023 «11» aprel 2023-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Zaur Nəsirova Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 3(066)-129/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-129/2023 «11 » aprel 2023-cü il Şəxs (Baki şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, ev 3, mənzil 4) Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 3(066)-129/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ ”səhifə, Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar