Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-130/2023 03.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin YPX inzibati qrupun polis polkovniki X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04 mart 2023cü il tarixli, qərarından X5 tərəfindən verilmiş şikayət üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin YPX inzibati qrupun polis polkovniki X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04 mart 2023cü il tarixli, TP ******* nömrəli qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X5 bildirmişdir ki, 19 fevral 2023cü il tarixdə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vİ Tağım Baş Yol Patrul Xidməti Alayının inspektoru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən 04 mart 2023-cü il tarixdə YPX inzibati qurupunun polis polkovniki X9 tərəfindən 600 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş 04 mart 2023-cü il tarixli qərar qanusuz olduğundan ləğv edilməlidir. Belə ki, 18 fevral 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi «SHACMAN SX3314DT366» Yük markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı ,Dəmiryolçular (Sanqaçal) 3 postda saxlanılmışdır. Saxlanılan zaman ona gözləməli olmağı onun avtomobilinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə dair icazə verilən kütlə parametrlərinə uyğun olması yoxlanılmağı bildirilib. Lakin,həmin posda xeyli gözlədikdən sonra ona məlum olmuşdur ki onun barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bildirir ki avtomobili yük tərəzisində yoxlanılmadan və onun iştirakı olmadan barəsində qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin YPX inzibati qrupun polis polkovniki X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04 mart 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin YPX inzibati qrupun polis polkovniki X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04 mart 2023-cü il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X6 həm inzibati xəta haqqında protokolda həm də inzibati xəta haqqında qərarda inzibati xəta törətməsi haqqında sübutlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən inzibati xəta hadisəsinin törədilməsinə dair inzibati qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə heç bir dəlil sübut təqdim edilmədiyindən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda X5 tərəfindən verilmiş şikayət təmin edilməli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin YPX tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04 mart 2023-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128- 130,135-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilsin. X3 barəsində qəbul edilmiş 04 mart 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 3(066)-130/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 03 may 2023-cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, X1 iştirakı ilə, Sədrlik edən məhkəmə iclasını açaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin YPX tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04 mart 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxılmasını elan edir. İclas saat 12:20-də başlandı Sədrlik edən məhkəmə iclasını açır və hansı inzibati xəta haqqında işə baxılmasını elan edir. Sədrlik edən məhkəmə iclasına kimlərin gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verdi. Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, X2 gəlmişdir. (İXM-112.1.2) Sədrlik edən şikayətçiyə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarının olmasını izah edir. Sədrlik edən şikayətçinin vəsatətinin olub-olmamasını soruşur. Şikayətçi S.Əliyev: vəsatətim yoxdur. Sədrlik edən şikayətçinin şəxsiyyətini müəyyən edir xx.xx.1972-ci ildə Xanlar rayonunda anadan olmuş, evli, orta təhsilli, Göygöl şəhəri ünvan 1 ünvanda yaşayan X5 Sədrlik edən şikayətçidən işin halları barədə izahat alır. X2 göstərir: X8 bildirmişdir ki, 19 fevral 2023-cü il tarixdə barəmdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vİ Tağım Baş Yol Patrul Xidməti Alayının inspektoru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən 04 mart 2023-cü il tarixdə YPX inzibati qurupunun polis polkovniki X9 tərəfindən 600 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edildi. Barəmdə qəbul edilmiş 04 mart 2023-cü il tarixli qərar qanusuz olduğundan ləğv edilməlidir. Belə ki, 18 fevral 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi «SHACMAN SX3314DT366» Yük markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı ,Dəmiryolçular (Sanqaçal) 3 postda saxlanılmışdır. Saxlanılan zaman mənə gözləməli olmağım, mənim avtomobilimin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə dair icazə verilən kütlə parametrlərinə uyğun olması yoxlanılmağını dedilər. Lakin,həmin posda xeyli gözlədikdən sonra ona məlum oldu ki mənim barəmdə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bildirirəm ki avtomobili yük tərəzisində yoxlanılmadan və mənim iştirakım olmadan barəmdə həmin protokol qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin YPX inzibati qrupun polis polkovniki X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04 mart 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 12:50-də bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45 A; Tel: (02220) 5-23-84, Faks: (02220) 5-23- 84 İş № 3(066)-130/2023 03 may 2023-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə Bakı şəhəri X4 Göygöl şəhəri Babək küçəsi ev 24 Göygöl rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 3(066)-130/2023 saylı qərarın surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-130/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-130/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver