Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-131/2024 26.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X3 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə; xx.xx.1987-ci il tarixdə Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu İstisu qəsəbəsində qeydiyyatda olan və Göygöl rayonu Firuzabad kəndində yaşayan, Şəxs barəsində Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ******* nömrəli protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Göygöl Rayon Polis Şöbəsində 26 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Firuzabad kəndi ərazisində yerləşən örüş sahəsində qohumu Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrılar vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Göygöl rayonu Firuzabad kəndi ərazisində yerləşən örüş sahəsində xırdabuynuzlu heyvanlarını otararkən qohumu Zərərçəkmiş şəxs özünə məxsus xırdabuynuzlu heyvanları gətirərək Firuzabad kəndi ərazisində otardığını görmüşdür. O, Zərərçəkmiş şəxs öz iradını bildirərək heyvanlarını özünün yaşadığı kəndin örüş sahəsində otarmasını istəmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs qolundan tutaraq yerdə sürümüşdür. Törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən barəsində inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində özünə məsus xırdabuynuzlu heyvanları otararkən həyat yoldaşının əmisi oğlu Şəxs onu nalayiq ifadələrlə söyüb təhqir edərək ona heyvan otardığı yerin ona məxsus olmasını demişdir. Oda Sənanın dediyi nalayiq ifadələri Sənana qarşı işlətdiyi üçün Sənan ona yaxınlaşaraq əli ilə onun sifət nahiyyəsinə vuraraq yerə yıxmışdır. O yerə yıxıldıqda Sənan onu tutaraq yerdə sürümüşdür. Hazırda Şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə təqdim edərək inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş Göygöl Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin 31 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməsi göstərilmişdir. Odur ki, Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olduğundan baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Оnа görə də, məhkəmə hesаb edir ki, Zərərçəkmiş şəxs inzibаti xətаnı törədən şəxs ilə bаrışdıqlаrındаn Şəxs bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edilməli, qəbul edilmiş qərаrın surəti tərəflərə göndərilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 30-34, 53, 106-115 və 157-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayevsli ilə düzdür
Məhkəmə qərarları › İş №3(066)-131/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-131/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver