Məhkəmə qərarları › İş №3(066)-134/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-134/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-134/2025 02.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X2 inzibati xəta haqqında protokoldan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X1 Rayon Məhkəməsinə iddia ərizəsi (şikayət) verərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayət (ərizə) və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Belə ki, X4 tərəfindən şikayətin forma və məzmununa dair tələblərə əməl edilməyərək, şikayəti mülki iddia ərizəsi formasında iddiaçı və cavabdeh olaraq tərəfləri göstərmiş və İXP ******* nömrəli inzibati protokolun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 61.1.6.-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd edilən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbindən göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest verilməsi və onlara baxılması qaydaları tənzimlənmişdir. X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Göründüyü kimi, inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır, həmçinin şikayət forma və məzmuna uyğun tərtib edilməməklə iddia ərizəsi formasında tərtib edildiyindən şikayət (iddia ərizəsi) və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və X3 izah olunmalıdır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunla müəyyən olunmuş müddətdə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldım: X2 Göygöl rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunun ləğv olunmasına dair iddia ərizəsi (şikayəti) geri qaytarılsın. X3 izah olunsun ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunla müəyyən olunmuş müddətdə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ var. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Mustafayev İş № 3(066)-134/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PRОTОKОL xx.xx.2025-ci il Göygöl şəhəri Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsinə dair iddia ərizəsinin (şikayət) baxışa hazırlanması məsələsinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 09:05-də başladım. İnzibati xəta haqqında mаteriаlı аrаşdırаrkən müəyyən etdim ki, inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır, həmçinin şikayət forma və məzmuna uyğun tərtib edilməməklə iddia ərizəsi formasında tərtib edildiyindən şikayət (iddia ərizəsi) və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və X3 izah olunmalıdır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunla müəyyən olunmuş müddətdə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ vardır. Ona görə də şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxartdım. Prosessual hərəkəti saat 09:15-də qurtardım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar