Məhkəmə qərarları › İş №3(066)-135/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-135/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-135/2024 07.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X4 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkarlar Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Göygöl rayonu, Kərəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Kərəmli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-851/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 140.40 manat borc tutularaq tələbkar Zərərçəkmiş şəxs3 MMC-yə ödənilməsi qət edilmişdir. Bundan başqa Bərdə Rayon Məhkəməsinin 2(21)-3785/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2988.26 manat borc pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bundan başqa Göygöl Rayon Məhkəməsinin 2(066)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 740.28 manat borc tutularaq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bundan başqa Göygöl Rayon Məhkəməsinin 2(066)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4172.23 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməsi qət edilmişdir. Bundan başqa Göygöl Rayon Məhkəməsinin 2(066)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs4 ödənilməsi qət edilmişdir. Bundan başqa Göygöl Rayon Məhkəməsinin 2(066)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 2815 manat məbləğində pul vəsaiti və 48.15 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs5 verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Protokol tərtib olunan tarixə borclunun icra sənədləri üzrə cəmi 12904,32 manat borcu vardır və məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər hərbidə işləmiş və həmin müddət ərzində borclarından hissə-hissə olaraq ödənişlər etmiş, əmək haqqından tutulmalar olmuşdur. Sonradan müqavilə müddəti bitdiyi üçün işdən azad olunmuşdur. Hazırda heç bir yerdə işləmir. Tələbkarlara olan borcunu ödəməkdən imtina etmir, maddi vəziyyəti ilə bağlı olaraq borclarını tam şəkildə ödəyə bilmir. Ona vaxt verilsə borclarını hissə-hissə ödəyəcəkdir. Fəhlə işlədiyi üçün hazırda borcundan ödəniş etməsi mümkün deyildir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs4 izahatında bildirdi ki, barəsində inzibati iş üzrə icraatı aparılan şəxs Şəxs ona olan borcundan bu günə kimi ödəniş etməmişdir. Hazırda o, pulunun tam şəkildə ödənilməsində israrlıdır. Əgər pulu ödənilməsə Şəxs cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs5 izahatında bildirdi ki, barəsində inzibati iş üzrə icraatı aparılan şəxs Şəxs ona olan borcundan bu günə kimi ödəniş etməmişdir. Hazırda o, pulunun tam şəkildə ödənilməsində israrlıdır. Əgər pulu ödənilməsə Şəxs cəza verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan İcra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-851/2022 saylı, xx.xx.2022-cü il tarixli, Bərdə Rayon Məhkəməsinin 2(21)-3785/2022 saylı, xx.xx.2022-ci il tarixli, Göygöl Rayon Məhkəməsinin 2(066)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli, Göygöl Rayon Məhkəməsinin 2(066)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli, Göygöl Rayon Məhkəməsinin 2(066)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri birgə icraatda birləşdirilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 3(066)-582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs maddi imkanının olmaması ilə əlaqələndirmiş, hər bir halda özünü təqsirli bilmiş, icra sənədinin icrasından qərəzli yayınması nəticəsində gələcək hər hansı hərəkətə yol verməmiş olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında icraata xitam vermişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-851/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 140.40 manat borc tutularaq tələbkar Zərərçəkmiş şəxs3 MMC-yə ödənilməsi qət edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(21)-3785/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2988.26 manat borc pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 740.28 manat borc tutularaq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4172.23 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməsi qət edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs4 ödənilməsi qət edilmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 2815 manat məbləğində pul vəsaiti və 48.15 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs5 verilməsi qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş və izahatı alınmışdır. Borclu tərəfindən icra sənədləri üzürlü bir səbəb olmadan icra edilməmiş, hazırda cəmi borclunun hazırda icra sənədləri üzrə cəmi 12904,32 manat borcu yaranmış, məhkəmə tərəfindən ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnamələri ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədlərinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədləri üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədləri üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədləri üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarların şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:15-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar