Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-136/2023 19.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X2 Əlamdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Göygöl rayonu A.Hacıyev küçəsi ev 60-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 19 aprel 2023-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görününr ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:20 radələrində özünə məxsus **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmiş və nəticədə Azərbaycan Respublikası İXM 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Şəxs barəsində toplanmış inzibati material baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 06:20 radələrində özünə məxsus **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri A.Hacıyev küçəsi ilə A.Kazımov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında keçmiş “Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21043” minik markalı **-BK-*** nömrəli avtomaşının orta hissəsindən dəymiş Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21043” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil aşdığını bildirdi və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materialrında olan Göygöl RPŞ-nin YNH tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:20 radələrində özünə məxsus **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədərək barəsində Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair potokol tərtib olunmuşdur İş materiallarında olan Göygöl RPŞ-nin təhqiqatçısı polis baş leytenantı Orxan Məmmədov 17 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarının surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:20 radələrində özünə məxsus **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri A.Hacıyev küçəsi ilə A.Kazımov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında keçmiş “Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21043” minik markalı **-BK-*** nömrəli avtomaşının orta hissəsindən dəymiş Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21043” minik markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobil aşmışdığını və Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yüngül xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində sürücülərin əməllərində cinayət tərkibi olmadığndan onların barələrində cinayət işinin başlanmasının rədd edilmiş və inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə Azərbaycan Respublikası Göygöl RPŞ-nin YNH inspektoru polis baş leytenatı X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati protokol, protokola əlavə olunmuş sənədlərə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırma növündə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsinin idarə etmək hüququ 6 (altı) ay müddətində məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qəlamdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-136/2023 19 aprel 2023-cü il Göygöl rayon Polis İdarəsinə Göygöl şəh.,A.Hacıyev küç.,93 Şəxs Göygöl ray., A.Hacıyev küç., ev 60 Göygöl rayon məhkəməsinin 3(066)-136/2023 nömrəli, 19 aprel 2023-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-136/2023 01 may 2023-cü il Gəncə şəhəri üzrə İcra İdarəsinə Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-136/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarının surəti sürücülük hüququndan məhdudlaşdırılmaya aid hissədə icra olunması üçün Sizə göndərilir. Qeyd: Şəxs sürücülük vəsiqəsinin əsli və məhkəmə qərarı əlavə edilməmişdir. Qoşma: Qərarın surəti « » vərəqə Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-136/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-136/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver