Məhkəmə qərarları › İş №3(066)-136/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-136/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-136/2025 11.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi ilə, X3 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin X9 X7 Xidməti İnspektoru Nümayəndə iştirakları ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin X9 X7 Xidməti İnspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarla, X4 “VAZ 21074” MİNİK markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin X9 X7 Xidməti İnspektoru polis baş serjantı Nümayəndə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inizbati tənbeh vermə haqqında qərarından Göygöl Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, səhər saat 09:05 radələrində özünə məxsus “VAZ 21074" minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl şəhərində Ayşə şadlıq sarayının yaxınlığında Göygöl rayon DYPŞ-nin Yol patrul xidmətinin inspektoru polis baş serjantı Nümayəndə tərəfindən saxlanılmış və qanunsuz, əsassız olaraq barəsində Azərbacan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan inzibati protokol əsasında Göygöl rayon DYPŞ-nin Yol patrul xidmətinin inspektoru polis baş serjantı Nümayəndə tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edimiş və 100 manat məbləğində cərimə olunmuşdur. Barəsində başlanmış icraata səbəb guya o azyaşlı uşağını avto maşının qabaq hissəsində otuzdurduğuna görə cərimələnmişdir. Halbuki onun uşağı maşının arxa oturacağında oturmuşdur. O yol polisi əməkdaşına bildirsə də qanunsuz və əsassız olaraq barəsində inzibati protokol tərtib etmişdir. Buna da səbəb yol patrul inspektoru Nümayəndə uşağı görmədiyi halda onun barəsində inzibati protokol tərtib etdi. Halbuki həmin ərazidə kameraların qabağından keçmiş uşaq hər zaman arxa oturacaqda əyləşmişdir. Polis baş serjantı Nümayəndə xx.xx.2025-ci il tarixdə, səhər saat 09:05 radələrində heç bir görüntü olmadığı halda Azərbacan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O heç bir inzibati xəta törətmədiyi halda barəsində qanunsuz və əsassız olaraq inzibati protokol tərtib edilərək inzibati qaydada cərimə olunmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar qanunsuz olaraq tərtib edildiyindən ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə səhər saat 09 radələrində özünə məxsus “VAZ 21074" minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 2 yaşlı uşağını Göygöl rayonu Topalhəsənli kəndinə olan çöpçüyə apararkən Göygöl rayonu Ayşə Şadlıq sarayının qarşısında yol patrul xidmətinin inspektoru Nümayəndə tərəfindən saxlanılmışdır. Həyat yoldaşı avtomobilin qabaq oturacağında uşağı isə avtomobilin arxa oturacağında olmuşdur. Lakin, uşaq ağrıdığı üçün qabaq tərəfə keçmək istəmişdir. Polis əməkdaşı onu saxlayarkən özünü təqdim etmədən uşağın qabaqda əyləşməsini ona bildirmişdir. O isə polis əməkdaşına bu barədə görüntü istəməsini bildirmişdir. Polis əməkdaşı ona görüntüyə ehtiyac olmamasını onun özünün uşağı qabaq oturacaqda görməsini, barəsində cərimə tətbiq edildikdən sonra görüntülərində göndəriləcəyini bildirmişdir, daha sonra polis əməkdaşı Nümayəndə ondan avtomobilin baqajını açmasını istəmişdir. O hansı səbəbə görə avtomobilin baqajını açmalı olmasını soruşduqda polis əməkdaşı ona silah alveri ilə məlumat daxil olduğundan baqaja baxmalı olmasını bildirmişdir. O polis əməkdaşına onun avtomobilinin baqajını yoxlamağa ixtiyarı olmamasını, yoxlayacağı halda icazə sənədinin təqdim edilməsini tələb etmişdir. Bu zaman Nümayəndə polis əməkdaşının vətəndaşla davranış qaydalarını pozaraq ailəsinin yanında onunla kobud danışmışdır. Sonra o getdikdən bir iki saat sonra ona cərimə olunması barədə qərar gəlmiş və Asan Pay vasitəsilə baxdıqda heç bir görüntünün olmamasını görmüşdür. Onun avtomobilində uşaq üçün əlavə oturacaq yoxdur. Uşaq arxa oturacaqda tək olmuşdur. Onun maddi imkanının və qazancının az olmasının nəzərə alınaraq şikayətin təmin olunmasını və onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə səhər saat 09 radələrində Pərviz Hümbətov idarə etdiyi “VAZ 21074" minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında uşağın olmasını görüb avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra özünü təqdim etmişdir. Həmin vaxt uşağı arxa oturacağa qoymuşlar. Avtomobildə uşağı saxlamaq üçün heç bir xüsusi qurğu olmamışdır. O bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra sürücü X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanuna uyğun olaraq qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmamasını, X4 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. X8 Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 2-ci bəndinə əsasən 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X4 idarə etdiyi “VAZ 21074" minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə sərnişin qismində iki yaşlı uşağını daşıyarkən avtomobilin axra oturacaq hissəsində uşağı saxlayan xüsusi qurğu olmadan və uşağın yanında onu saxlayan böyük şəxs olmadan idarə etmiş, belə ki özü sükün arxasında, arvadı isə onun yanında ön oturacaqda əyləşmiş, uşaq isə tək olaraq arxa oturacaqda olmuşdur. Bununla da X1 daşıma qaydalarını pozmaqla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmiş, xx.xx.2025ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarla 100 manat inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və Göygöl rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati tənbeh vermə haqda qərarı qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar