Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-137/2024 07.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X2 inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdim: X3 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20871831 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. X3 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20871831 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etsə də, o, ləğv edilməsini tələb etdiyi qərarın surətini şikayətinə əlavə etməmişdir. Bundan əlavə şikayətdə inzibati tənbeh vermə haqda qərarı Baş X6nin əməkdaşları tərəfindən qəbul edilməsini bildirməklə qeyrimüəyyənlik yaratmışdır. Belə ki, inzibati tənbeh vermə haqda qərar şikayətə əlavə edilmədiyindən qərarı Baş X6nin və ya onun şöbələrinin hansı əməkdaşı tərəfindən qəbul edilməsini və qərarın qəbul edilməsinə əsas olmuş halları müəyyən etmək mümkün deyildir. Şərh edilənlərə əsasən hesab edirəm ki, X1 barəsində tərtib edilmiş EQ 20871831 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldım: X2 inzibati xəta haqqında qərardan verdiyi şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Rəşad Mustafayev İş № 3(066)-137/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 07 may 2024-cü il tarixdə Göygöl şəhərində Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X2 inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə inzibati materialın baxılmağa hazırlanmasına baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 16:30-da başladım. İnzibati xəta haqqında materialı araşdırarkən müəyyən etdim ki, material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur, X3 barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli EQ 20871831 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, o, ləğv edilməsini tələb etdiyi qərarın surətini şikayətinə əlavə etməmiş, bundan əlavə şikayətdə inzibati tənbeh vermə haqda qərarı Baş X6nin əməkdaşları tərəfindən qəbul edilməsini bildirməklə qeyri-müəyyənlik yaratmışdır. Belə ki, inzibati tənbeh vermə haqda qərar şikayətə əlavə edilmədiyindən qərarı Baş X6nin və ya onun şöbələrinin hansı əməkdaşı tərəfindən qəbul edilməsini və qərarın qəbul edilməsinə əsas olmuş halları müəyyən etmək mümkün deyildir. Ona görə də inzibati xəta barədə qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxartdım. Prosessual hərəkəti saat 16:40-da qurtardım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-137/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-137/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver