Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-14/2024 10.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X3 iştirаkı ilə, xx.xx.1983-cü il tarixdə Ağsu rayonunun Pirhəsənli kəndində anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Hacı İsgəndər küçəsi, döngə 2, ev 31-də yaşayan Şəxs (AA 0028111) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci mаddəsi ilə inzibаti xətа haqqında prоtоkоl tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs aldadaraq onun 450 manat pulunu mənimsəmişdir. Protokol tərtib etmiş şəxs Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X6 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən zəng edib özünü yol idarəsinin rəisi Sabir müəllim kimi təqdim edərək yol idarəsində işçi axdarıldığını demiş, Zərərçəkmiş şəxs da oğlu İntiqam Süleymanzadəni işə düzəltdirmək istəmiş və bu zaman həmin şəxs ona əvvəlcədən dövlət rüsumu kimi 375 manat ödəməli olduğunu bildirdiyindən, o, pulu Göygöl rayon Mərkəzi Avtovağzalında yerləşən "Əminə" marketdə "eManat" ödəmə terminalı vasitəsi ilə ödəyən zaman həmin şəxs ona əlavə 75 manat da ödəməyini xahiş etmiş, o, ümumilikdə 450 manat pulu Şəxs dediyi telefon nömrəsi ilə açılmış elektron kassaya göndərmiş, lakin sonradan o, Zərərçəkmiş şəxs telefon zənglərinə cavab verməmiş, eyni zamada vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 450 AZN pulunu ələ keçirmişdir. Şikaytlə əlaqədar Göygöl RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış və həmin bölmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib təhbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndərilmişdir. Göygöl RPŞ-də xx.xx.2023-cü il tarixdə Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək sonuncunun barəsində qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə müraciət edilmişdir. İnzibati material məhkəməyə daxil olduqdan sonra protokol tərtib edilmiş orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-nin 227-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddəyə görə, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olur. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs aldadaraq onun 450 manat pulunu mənimsədiyinə görə Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta həmin məcəllənin “mülkiyyət əleyhinə olan inzibati xətalar” fəslində yerləşir və qeyd edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti həmin vaxt qüvvədə olan İXM-nin 38.3-cü maddəsinə əsasən üç aydır. İş materiallarına əlavə edilmiş : Göygöl RPŞ İTB-nin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, vət. Şəxs xx.xx.2023-cü il tarixdə mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs aldadaraq onun 450 manat pulunu mənimsəmişdir. Göründüyü kimi təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, hazırki inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi və işə baxıldığı günədək üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, Şəxs barəsində olan İXM-nin 227-ci maddəsi ilə başlanımış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu: mailto:goygolcourt@gmail.comElektron ünvan İş № 3(066)-14/2024 «10» yanvar 2024-cü il Göygöl rayon polis şöbəsinə Göygöl şəhəri, A.Kazımov küçəsi, 93 Şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albaliliq Massivi, Hacı İsgəndər küçəsi, döngə 2, ev 31 Zərərçəkmiş şəxsov oğluna Göygöl rayonu, Murovdağ qəsəbəsi Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 3(066)-14/2024 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-14/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-14/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver