Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-141/2023 13.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X5 iclas katibliyi, şikayətçi X6 və Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin X16 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru X4 iştirаkı ilə, Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərarı ilə X6 İXM-in 536.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs məhkəməyə şikayət verərək Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Gəncə Regional X16 İdarəsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsi tərəfindən Şəmkir Aqropark MMC-də (VÖEN 8********) yoxlama aparılmış və hüquqi şəxsin nümayəndəsi X6 vəzifəli şəxs kimi 500 manat cərimə edilmiş və barəsində MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanuna ziddir. Belə ki, həmin qərarla onun qanunla qorunan hüquqları kobud qaydada pozulmuşdur. İnzibati xəta haqqında protokol hüquqi şəxs Şəmkir Aqropark MMC barəsində tərtib olunduğu üçün inzibati xəta haqqında işdən məlum olur ki, inzibati xətanı məhz hüquqi şəxs törədib. Hüquqi şəxs barəsində inzibati tənbeh vermə hüququ isə yalnız məhkəməyə məxsusdur. İdarə isə inzibati xəta haqqında iş üzrə materialları baxılması üçün məhkəməyə göndərilmək əvəzinə əsassız olaraq hüquqi şəxsin nümayəndəsi X6 barəsində qərar çıxarmış və qərarının icrası üçün Göygöl rayon İcra və probasiya şöbəsinə müraciət etmişdir. X6 şirkətdə yanğın nəzarət işlərinə cavabdeh şəxs olmayıb. Yəni hüquqi şəxsin yalnız direktoru və ya təyin edilmiş vəzifəli şəxsi məsuliyyət daşıyır. Hesab edir ki, Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərə tutulmuş inzibati xəta haqqında xx.xx.2022-ci tarixli, MN № ******* saylı qərar qanunsuz, əsassız olduğu üçün ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə Regional X16 İdarəsinə göndərilməlidir. Məhkəmə iclasında şikayətçi X6 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildridi ki, o, Şəmkir Aqropark MMC-də yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq məsul vəzifəli şəxs deyildir. Onun məsuliyyəti olmadığı halda cərimə edilmişdir. Odur ki, şikayətin təmin edilməsini və müvafiq qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi - Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin X16 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru X9 izahatında göstərdi ki, X2 Şəmkir Aqropark MMC-də yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq məsul şəxs olub-olmaması ilə bağlı onlarda hər hansı sənəd yoxdur. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməli, Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün göndərilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarın surətindən görünür ki, Şəmkir Aqropark MMC-nin anbarında xx.xx.2022-ci il tarixdə keçirilən yanğın təhlükəsizliyi müayinəsi zamanı “Yanğın təhlükəsizliyi qaydaları”nın pozulması aşkar olunuş və X6 Azərbaycan Respublikası İXMnin 536.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törtədiyinə görə barəsində 500 manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Şəmkir Aqropark MMC-nin İdarə heyətinin sədri X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 68/K saylı əmrin surətindən görünür ki, X1 Aqropark MMC-də qəbul üzrə referent vəzifəsindən xx.xx.2021-ci il tarixdən etibarən əmək təhlükəsizliyi üzrə kiçik mütəxəssis vəzifəsinə keçirilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi X8 xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan X6 məhkəməyə şikayət verərək Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Gəncə Regional X16 İdarəsinə göndərilməsini xahiş etmişdir. İXM-in 536.1-ci maddəsinə əsasən, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşdən isə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 Şəmkir Aqropark MMC-də yanğın təhlükəsizliynə cavabdeh şəxs olub-olmaması araşdırılmamışdır. Belə ki, Şəmkir Aqropark MMC-nin İdarə heyətinin sədri X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 68/K saylı əmrin surətindən görünür ki, X1 Aqropark MMC-də qəbul üzrə referent vəzifəsindən xx.xx.2021-ci il tarixdən etibarən əmək təhlükəsizliyi üzrə kiçik mütəxəssis vəzifəsinə keçirilmişdir. Bundan başqa, məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X6 bildirmişdir ki, o, Şəmkir Aqropark MMC-də işləsə də həmin şirkətdə yanğın nəzarət işlərinə cavabdeh şəxs deyil. Yəni həmin şirkətdə yanğın təhlükəsizliyi ilə bağlı onun heç bir öhdəliyi yoxdur. Onun barəsində məsul olmadığı sahə üzrə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, yenidən araşdırma zamanı hadisə zamanı X2 Şəmkir Aqropark MMC-də yanğın təhlükəsizliynə cavabdeh şəxs olub-olmaması və maddi məsuliyyət daşıması araşdırılmalıdır. Odur ki, işə yenidən baxılan zaman barəsində qərar qəbul edilmiş şəxs işin baxılması vaxtı və yeri barədə qanunamüvafiq olaraq məlumatlandırılmalı, eyni zamanda məhkəmə tərəfindən yuxarıda göstərilmiş hallar araşdırılaraq qərar qəbul edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X2 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X2 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün iş Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinə göndərilməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinin X6 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Fövqəladə Hallar Nazirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-141/2023 «13» aprel 2023-cü il X3 ünvan: (ünvan 1zirliyi X16 Xidmətinin Gəncə Regional X16 İdarəsinə ünvan: (Gəncə şəh., Ə.Əliyev küç., 110) ünvan 3 13 aprel 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “___” vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-141/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-141/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver