Məhkəmə qərarları › İş №3(066)-143/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-143/2024

09.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-143/2024 09.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X13 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X7, zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə; xx.xx.2003-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Göygöl rayon polis şöbəsində tərtib olunmuş materiallar baxılması üçün xx.xx.2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Göygöl rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X11 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Mal Bazarı”nda Gəncə şəhəri, S.Rüstəmov küçəsi, ev 2-də yaşayan X3 məxsus VAZ-2106 markalı, **-CA-*** dövlət qedyiyyat nişanlı avtomobildən 494 manat dəyərində geyim əşyalarını oğurlamışdır. Həmçinin, materiala əlavə edilmiş Göygöl rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X11 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə X8 məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən yaşayış olmayan evdən 1 ədəd 90 manat dəyərində səsgücləndirici cihazı oğurlamışdır. Həmçinin, materiala əlavə edilmiş Göygöl rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X11 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Göygöl rayonu, Firuzabad qəsəbəsində yerləşən X9 İstutunun Zərərçəkmiş şəxs nəzarət etdiyi açıq ərazisindən 50 manat dəyərində dəmir nərdivanı oğlurlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Göygöl rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X11 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən müxtəlif vaxtlarda törədilmiş oğurluq əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, hazırda işsizdir və heç bir yerdə işləmir. 3 faktla bağlı törətdiyi inzibati xətanın hamısını özü etmişdir. Oğurladığı dəmir nərdivanı 30 manata dəmir alan motorel sürücüsünə satmış, paltarları isə Gəncə şəhərində 50-60 manata satmışdır, səsgücləndirici cihazı isə 50 manata Gəncə şəhərində tanımadığı şəxsə satmışdır. Maddi imkanı olmadığı üçün zərəri ödəyə bilməmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Zərərçəkmişlərə vurduğu zərəri ödəməmiş və aralarında barışıq əldə olunmamışdır. Məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, ona məxsus 900 manat dəyəri olan, lakin internetdən 100 manata satın aldığı səsgücləndiricini oğurlanmış, o bu səbəbdən 90 manat ziyan vurulduğunu bildirmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir və şikayətçidir, səsgücləndiricinin geri qaytarılmasını istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Göygöl rayonu, Firuzabad qəsəbəsində yerləşən X1 nəzarət etdiyi açıq ərazisindən 50 manat dəyərində dəmir nərdivan oğlurlanmış, ancaq hazırki günə qədər dəyəri ödənilməmişdir. Ondan şikayətçidir və barəsində ağır tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində müvafiq tədbir görülməsi üçün qərarların surəti Göygöl RPŞ-nin İTB-yə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında protokolların məzmunundan və Şəxs verdiyi izahatlarından görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmiş, əməllərindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Mal Bazarı”nda Gəncə şəhəri, S.Rüstəmov küçəsi, ev 2-də yaşayan X3 məxsus VAZ-2106 markalı, **-CA-*** dövlət qedyiyyat nişanlı avtomobildən 494 manat dəyərində geyim əşyalarını oğurlaması faktı üzrə xx.xx.2024-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” haqqında qərar qəbul edilməsinə baxmayaraq, üç ay keçdikdən sonra Göygöl rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X11 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində olan MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə inzibati işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilməlidir. Bundan əlavə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini və zərərin ödənilməsinə yönələn heç bir hərəkət etməməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş MN ******* və MN ******* saylı hər iki protokol üzrə ayrı-ayrılıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 09 may 2024-cü il tarixdən, saat 16:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər toplanılmaqla, ona qəti olaraq 2 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 09 may 2024-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl Rayon Polis X6 Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Şəxs barəsində olan MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə inzibati işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar