Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-144/2025 14.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Göygöl rayonu, Nadel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Nadil kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-61/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdə Göygöl rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluya qərarbildiriş dərhal icra edilməsi üçün göndərilmiş, daha sonra işdən apellyasiya şikayəti verildiyi məlum olmuş, apellyasiya şikayətindən sonra xx.xx.2025-ci il tarixdə qərar qüvvədə qalaraq icraatın davam etdirilməsi üçün Göygöl rayonu İcra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu şəxs İcra və probasiya şöbəsinə dəvət edilərək ona tələbin dərhal icrası ilə bağlı bildiriş verilmiş, məsuliyyətlə bağlı xəbərdar edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə borclu təkrar şöbəyə dəvət edilərək ona tələbin könüllü icrası ilə bağlı 10 gün müddətində vaxt verilmişdir ki, mart ayı daxil olmaqla yaranmış 3230 manat aliment borcunu ödəsin. 10 gün vaxt keçməsinə baxmayaraq alimentlə bağlı heç bir ödəniş olunmamış, qətnamə üzrə bugünə olan qalıq borc 3230 manat məbləğində qalmaqdadır. İnzibati xəta ilə bağlı protokolu müdafiə edərək borclu şəxsin inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, tələbkar Zərərçəkmiş şəxs ilə rəsmi nikah olmadan 3 ay müddətinə bir yerdə yaşamışlar. Həmin müddət ərzində tələbkarla heç bir yaxınlığı olmamışdır, hazırda aliment ödənilməsi tələb edilən uşaq da onun deyildir. O, uşağa atalıq da verməmişdir. Tələbkarla olan mübahisəsi ilə bağlı ilkin məhkəmələri Samux Rayon Məhkəməsində olmuş, daha sonra məhkəmə qərarından razılaşmayaraq apellyasiya şikayəti vermiş, lakin tutmuş olduğu vəkillər ona xələf çıxmış, məhkəmədə onun barəsində düzgün qərar çıxarılmamışdır. Əlavə xərc tələb etdiyi və imkanı olmadığı üçün apellyasiya məhkəməsinin qərarından ali məhkəməyə şikayət verə bilməmişdir. Əlavə olaraq bildirdi ki, o, məhkəmədə olarkən uşağın onun olmadığını bildirmiş, məhkəmə zamanı təyin olunmuş ekspertiza zamanı ondan qan analizi götürülmüş və analizin nəticəsi olaraq uşaqla müəyyən qədər qohumluq əlaqəsi olduğu qeyd olunmuşdur. O, 2022-ci il fevral ayının 25-də Zərərçəkmiş şəxs evlərinə gətirmiş, həmin ilin may ayının sonlarında da Zərərçəkmiş şəxs öz istəyi ilə həmin evdən ayrılmışdır. Bu müddət ərzində aralarında yaxınlıq olmamışdır. Barəsində olan məhkəmə qərarı ilə razılaşmır, qərar düzgün çıxarılmamış, həmçinin ekspertiza ilə bağlı rəy düzgün verilməmişdir. Hazırda heç bir yerdə işləmir, anasının himayəsində yaşayır. Aliment ödəməyə imkanı olmadığını, inzibati xəta ilə bağlı təqsirinin olmadığı nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, o, fevral ayının 25-dən iyul ayının 7-nə kimi Şəxs ilə bir yerdə yaşamışdır. Məhkəmədə qaldırmış olduğu iddia ilə əlaqədar ekspertiza təyinatı ilə bağlı o, analiz verməyə getsə də, borclu şəxs dəfələrlə analiz verməkdən boyun qaçırmış, məhkəmə qərarı ilə təyin edilmiş aliment öhdəliyini icra etməkdən yayınmışdır. Borclu şəxsin imkan və şəraiti olmasına baxmayaraq hazırda aliment öhdəliyi ilə heç bir ödəniş etmir. O özü əməliyyatlı ola-ola çətinliklə, fəhləlik edərək uşağını dolandırır. Göstərilənləri nəzərə alaraq borclu Şəxs uşağının haqqı olan aliment məbləğini ödəməsinin təmin edilməsini, əks halda borclu şəxsin inzibati qaydada həbs olunmasını xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir. ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-61/2024 saylı icra sənədinə əsasən hər ay 170 manat uşaqların saxlanması üçün borclu Şəxs tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Borclunun 2025-ci ilin mart ayı daxil olmaqla 3230 manat aliment borcu vardır. Borclu izahatında alimentlə bağlı heç bir ödəniş etmədiyini və ödəniş etməyəcəyini bildirmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)- 61/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdə Samux rayonunda Zərərçəkmiş şəxs doğulmuş X2 atası olması müəyyən edilməsi, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat alimentin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-61/2024 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraat başlanmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-61/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdə Samux rayonunda Zərərçəkmiş şəxs doğulmuş X2 atası olması müəyyən edilməsi, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manat alimentin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 3230 manat aliment borcu vardır. Borclunun izahatı alınarkən o, hazırda borcundan ödəniş etməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, aliment borcunun ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-144/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-144/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver