Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-149/2024 12.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri Rəsul Həsənov tərəfindən, hüquqi şəxs Şəxs MMC tərəfindən fiziki şəxs X2 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktına görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Prokurorluğu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş hüquqi şəxsin və inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış işə xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəməyə ərizə göndərərək Göygöl rayon Prokuroru tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək Şəxs MMC-nin barəsində İXM 192.1 maddəsi üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilməsini, qərarda fiziki şəxs X2 əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən fəhlə işinə cəlb edilməsini, xx.xx.2023-cü il tarixdə iş zamanı xəsarət almasının göstərilməsini, eyni məsələ ilə, yəni X2 əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən fəhlə işinə cəlb edilməsi, daha sonra xx.xx.2023-cü il tarixdə iş zamanı xəsarət alması ilə əlaqədar X6 tərəfindən Şəxs MMC-nin barəsində MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə xx.xx.2024-cü il tarixdə işə baxılaraq, 3(006)-1855/2024 saylı qərarla Şəxs MMC İXM-nin 192.1-ci maddəsi üzrə təqsirli sayılmış və 20000 manat məbləğində cərimə edilmişdir. Odur ki, bir fakt üzrə iki dəfə təqsirli bilinmələri və ya iki dəfə cərimə edilmələri əsassızdır. X3 protokolu əsasında cərimə edilmişlər. İşdə olan DƏMK BŞİ-nin baş əmək müfəttişi X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 02 may 2024-cü il tarixli protokolun surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə əmək fəaliyyətini yerinə yetirən zaman xəsarət almış və həmin vaxt Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi məlum olmuşdur. İşdə olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)- 1855/2024 nömrəli qərarının surətindən görünür ki, həmin protokol üzrə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, eyni inzibati xəta ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1855/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilmişdir. Lakin, eyni fakt ilə bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılaraq Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə material baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC eyni fakta görə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1855/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh edildiyindən eyni fakta görə Şəxs MMC-nin barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-149/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-149/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver